Şrift:
Respublika Baş Dövlət Yol Polis İdarəsi SÜRÜCÜLƏR...DİQQƏT...
02.02.2012 [12:24] - Xəbərlər
“Azərbaycanın bütün ərazisində hərəkət istiqaməti üzrə yolların əsas hissəsi buz qatı ilə örtülüb”

Bakının enişli-yoxuşlu yollarında külək qarı ətrafa səpələdiyindən qum səpən maşınların hərəkəti çətinləşib
Azərbaycan ərazisində havaların kəskin soyuması nəticəsində yollarda bəzi problemlər yaranıb.

Respublika Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyevin verdiyi xəbərə görə, Bakı şəhərində olan enişli-yoxuşlu yollarda külək qarı ətrafa səpələdiyindən qum səpən maşınların hərəkəti çətinləşib: “Həmin yollara qum səpilənə qədər külək yenidən qarı ətrafa yayır. Bütün respublikada hərəkət istiqaməti üzrə yolların əsas hissəsi buzla örtülüb. Bakı-Şamaxı, Ağstafa-Qazax, Bakı-Quba magistral yolları, xüsusilə Rusiya ilə həmsərhəd olan ərazilərdə yollar buz bağlayıb. Yalnız Bakı-Astara yolunda sulu qar yağdığından yolun bəzi hərəkət hissəsində buzlaşma yoxdur. Gəncə-Şəmkir istiqamətində bəzi yollar açıqdır”.

K. Əliyev havaların soyuması ilə əlaqədar yol polis əməkdaşlarının gücləndirilmiş iş rejimində çalışdıqlarını deyib. Onun sözlərinə görə, havaların soyuması yol qəzalarının sayının artmasına o qədər də təsir etməyib: “Biz bir daha sürücülərdən xahiş edirik ki, bu cür hava şəraitində ehtiyatlı olsunlar. Hər iki oxu aparıcı olan və mövsümü təkərləri, zəncirləri olan minik vasitələrindən, ictimai nəqliyyatdan istifadə etsinlər. Piyadalar isə müəyyən olunmuş yerlərdə hərəkət etsinlər”.
Bu xəbər oxucular tərəfindən 1475 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed