Şrift:
FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNDƏN ƏHALİYƏ MÜRACİƏT
02.02.2012 [20:21] - Xəbərlər
Azərbaycan Fövqəladə Hallar Nazirliyi son günlər ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

DAVAM.AZ-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, müraciətdə bildirilir ki, son günlər respublika ərazisində, o cümlədən paytaxtda havanın soyuması və qar yağması ilə əlaqədar yollarda hərəkət çətinləşib. Yollarda çətinliklərlə üzləşmiş avtomobillərin və piyadaların hərəkətinin davam etdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası bəzi ərazilərə cəlb edilib. Hazırda Bakı şəhərinin Binə, Hövsan, Zirə, Qobu, Müşfiqabad, Dübəndi, Pirallahı qəsəbələri istiqamətində, habelə Bakı-Sumqayıt magistral yolunun bəzi hissələrində çətin şəraitlə üzləşmiş sürücülərə və piyadalara Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən lazımi köməklik göstərilir.
Fövqəladə Hallar Nazirliyi sürücülərə zərurət olmadığı halda qeyd edilən yollardan istifadə etməməyi tövsiyə edir.
Bu xəbər oxucular tərəfindən 1336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed