Şrift:
Bakı aeroportu fəaliyyətini qismən bərpa edib
03.02.2012 [10:12] - Gündəm
Heydər Əliyev Beynəlxalq Aeroportu tədricən fəaliyyətini bərpa edir.

Hava limanından verilən məlumata görə, ötən günün ikinci yarısından etibarən bir sıra aviareyslər hava şəraitinin əlverişsiz olması səbəbindən təxirə salınıb: «Aeroport heç bir aviareysi nə qəbul edirdi, nə də hava limanından heç bir təyyarə havaya qalmayıb. Lakin bu gecə saat 02:05-də aeroport hələ fevralın 2-də saat 19:05-də Bakıyda enməli olan Praqadan gələn aviareysi qəbul edə bilib. Daha sonra saat 08:40-da əks istiqamətdə, Bakı-Praqa aviareysi yerinə yetirilib».

Bundan başqa, hazırda hava limanında Bakıdan Dubaya, Moskvaya, İstanbula, Kiyevə və Surquta olan aviareyslərə qeydiyyat aparılır: «Mümkün olduğu qədər sözügedən, o cümlədən təxirə salınmış aviareyslər yerinə yetiriləcək».

Buna baxmayaraq, bu gün yerinə yetirilməsi planlaşdırılan Bakı-Paris və Bakı-Milan aviareysləri, həmçinin Bakı-Gəncə və Bakı-Naxçıvan aviareysləri təxirə salınıb.
Bu xəbər oxucular tərəfindən 981 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed