Şrift:
8 azərbaycanlı milli-mədəni fəal Ərdəbil zindanından azadlığa buraxılıb
12.12.2015 [01:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son etiraz aksiyalarında tutulan azərbaycanlı milli-mədəni fəallardan 8-i Ərdəbil zindanından azadlığa buraxılıb.
Məlumata görə, Dekabrın 9-da Ərdəbilin inqilab məhkəməsinin 1-ci şöbəsində fəalların məhkəmə iclası keçirilib. Hakim Xudadadinin sədrliyi ilə keçirilən məhkəmə iclasında fəalların azadlığa buraxılması üçün 20 milyon tümənlik zaminlik qərarı çıxarılıb. Bundan sonra Rəhim Qulami, Əli Xeyrcu, Meysəm Colani, Murtaza Pərvin, Əli Vasiqi, Tohid Əmir Əmini, Möhsün Möhsünzadə və Səid Sadiqifər zaminlik qərarını təmin etdikdən sonra həbsxanadan sərbəst buraxılıb.

Fəallar noyabrın 9-da fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyasında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdır. Adlarını çəkdiyimiz fəalların əksəriyyəti mədəni fəaliyyətlərinə görə bundan öncə də dəfələrlə tutulub və müxtəlif təzyiqlərə məruz qalıbdır.

Xatırladaq ki, Güney Azərbaycanın müxtəlif şəhərlərində noyabrın 9-da başlayan kütləvi etiraz aksiyaları bir neçə gün davam etdi. Fars irqçiliyinə qarşı keçirilən etirazlarda ən azı 130 nəfər yaxalandı. Saxlanılan fəalların əksəriyyəti qısa müddət sonra mülki vəsiqə qarşılığında azadlığa buraxıldı.
Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed