Şrift:
Azov dənizində qəzaya uğramış yük gəmisindən xilas edilmiş azərbaycanlı dənizçilərin adları məlum olub
07.02.2012 [21:09] - Gündəm
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin veridiy məlumata görə, gəmidə 7 Azərbaycan vətəndaşı olub.
Bunlar Hümbət Cəlilov, İftixar Hacıqayıbov, Nəsrulla Şıxmatov, Böyükkişi Xəlilov, Bahadır Hüseynov, Nizami Quliyev və Reyhan İsmayılovadır.

Bundan başqa gəminin ekipaj üzvlərindən 3 Ukrayna, 1 Türkiyə və 1 Gürcüstan vətəndaşı xilas edilib. Elman Abdullayevin sözlərinə görə, gəminin heyəti xəsarət almayıb və onların tibbi yardıma ehtiyacı olmayıb.

Xatırladaq ki, xilasetmə əməliyyatının Ukrayna FHN-ə məxsus vertolyot aparıb.
Bu xəbər oxucular tərəfindən 1027 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed