Şrift:
ƏRƏB BAHARI- Mİsir Parlamentdə azan davası
09.02.2012 [09:16] - Gündəm
Misir parlamentinin yeni seçilmiş heyətinin iclasları insidentlərsiz ötüşmür.
Parlamentin son iclasında Misir Xalq Partiyasından olan bir millət vəkili müzakirələrin gərgin olduğu bir vaxtda ayağa duraraq azan oxumağa başlayıb.

Misir Dövlət Televiziyasının canlı yaydığı iclas zamanı sələfi millət vəkili Məmduh İsmayıl ikindi namazı vaxtının gəldiyini söyləyərək azan oxuyub.
Parlamentin spikeri, Misirin ən güclü siyasi təşkilatı "İhvan ül Müslimin"in ("Müsəlman qardaşlar") yaratdığı Azadlıq və Ədalət Partiyasından olan Məhəmməd Səad Kətatni azan oxuyan deputata sərt xəbərdarlıq edib.
"Əlhəmdüllah, hamımız müsəlmanıq. Burada azana qarşı çıxan adamın olduğunu da düşünmürəm. Lakin azan məsciddə oxunur. İbadət yerimiz var, lütfən, azan oxumağı dayandırın. Belə davam etsəniz, sizi müzakirələrdən kənarlaşdırmaq məcburiyyətində qalacağam", - Kətatni deyib.
Məmduh İsmayıl mübahisəyə başlayanda isə spiker sinirlənib: "Yaxşı bilirsiniz ki, hüquqşünasam və qanunları da əla bilirəm. Parlamentin qaydalarına da bələdəm. Namaz qılmaq istəyirsinizsə, məscidə buyurun. Oturun! Müzakirələrə, iclasa davam etdirmək istəyirik və buranın da öz qaydaları var. Qaydalara riayət edin!".
Bu xəbər oxucular tərəfindən 928 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed