Şrift:
Azərbaycan ərazisində fevralın 9-dan 10-na keçən gecə hava şəraiti yenidən kəskinləşəcək, qar yağacaq
09.02.2012 [12:58] - Gündəm
Umayra Tağıyeva: “Fevralın 13-dən ölkə ərazisində havanın temperaturu tədricən yüksələcək”

Fevralın 12-si səhərədək Azərbaycanın rayonlarında fasilələrlə yenidən qar yağacaq. Bəzi yerlərdə qarın intensiv olacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Aran rayonlarında havanın temperaturu gecə 4-8, gündüz 0-3 dərəcə şaxta, dağlıq rayonlarda gecə 15-20 dərəcə, gündüz 5-10 dərəcə şaxta təşkil edəcək: “Bu gün yağıntılar tədricən kəsiləcək, lakin bu, qısamüddətli bir fasilədir. Ayın 9-dan 10-na keçən gecə hava şəraitinin yenidən kəskinləşəcəyi gözlənilir. Amma ötən günlərlə müqayisədə hava bir qədər mülayim olacaq. Bakı və Abşeron yarımadasında da fevralın 10-da havanın yağıntılı olacağı, ayın 10 və 11-də fasilələrlə qar yağacağı gözlənilir. Şaxtalı hava bir qədər mülayimləşəcək. Temperatur gecə saatlarında 2-7 dərəcə şaxta təşkil edəcək”.

U. Tağıyeva deyib ki, fevralın 10-da gündüz saatlarında temperatur 0 dərəcədən yüksək olacaq. Paytaxtda havanın temperaturunun 1-2 dərəcə isti olacağı gözlənilir. Ayın 11-də gündüz saatlarında 0-2 dərəcə şaxta olacaq: “Fevralın 12-də isə yağıntılar kəsiləcək. Temperatur tədricən yüksələcək. Günorta saatlarında müsbət 3 dərəcəyə çatacaq”.

Büro direktoru bildirib ki, fevral ayın 13-dən sonra ölkə ərazisində havanın temperaturu tədricən yüksələcək və iqlim normasına yaxınlaşacaq.
Bu xəbər oxucular tərəfindən 1068 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed