Şrift:
İstanbul- Bakı aviareysi təxirə salınıb
22.01.2016 [10:54] - Gündəm, Bildiriş
"Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 23-ə təyin edilmiş İstanbul-Bakı reysini təxirə salıb. Bu barədə aviaşirkətin saytında yerləşdirilmiş məlumatda bildirilib.

Xatırladaq ki, ilk təyyarə yerli vaxtla İstanbul Atatürk büynəlxalq Hava Limanından saat 08:15-də, ikinci təyyarə Sabiha Gökçən Hava Limanında saat 22:55-də uçmalı idi.

Qeyd edək ki, son günlər "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.
Bu xəbər oxucular tərəfindən 644 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed