Şrift:
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayıb
10.02.2012 [10:18] - Gündəm
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycana gəlib.

APA-nın məlumatına görə, C. Appaturay fevralın 10-da rəsmi şəxslərlə Azərbaycan və NATO əməkdaşlığına dair bir necə məsələləri müzakirə edəcək, NİSA və ADA-da tələbələrlə görüş keçirəcək.

Səfər zamanı C. Appaturay bu ilin may ayında Çikaqoda keçiriləcək NATO sammitinə hazırlıq barədə də danışıqlar aparacaq.

O, fevralın 13-də Ermənistana gedəcək.
Bu xəbər oxucular tərəfindən 1014 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed