Şrift:
Güney Azərbaycan Xəbərləri
13.02.2012 [12:06] - Gündəm
GÜNEY AZƏRBAYCAN DUSTAQ ÖYRƏNCİLƏRİ ÜÇÜN ÜÇ DİLLİ BLOQ VƏ İMZA KAMPANİYASI


Güney Azərbaycan Xəbərləri




Güney Azərbaycan Dustaq öyrənciləri üçün ortaq bloq işə başlamışdır. http://dustaq-oyrenciler.blogspot.com/ adresli bloq Ruzbeh Səadəti, Mehrdad Kərəmi, Əfşin Şahbazi və Məhəmməd Əhədi ilə bağlı xəbər və reportları yayımlayır. Bloqda Azərbaycan Türkcəsində, İngiliscə və Farsca xəbərlərə yer verilmişdir.
Xatirlatmaq lazımdır, Milli fəal və Azərbaycan Tanıtım Ocağının keçmiş katibi Mehrdad Kərəmi 2011-ci il, 24 dekabr Təbrizdə, Əfşin Şahbazi (Azərbaycan Türkcəsi öyrətməni) 2012- ci il, 23 Yanvarda tanınmış Milli fəal İbrahım Savalanla birgə Təbrizdə, Ruzbeh Səadəti(Azərbaycan Türkcəsi və mifologiya öyrətməni) və Məhəmməd Əhədi(Azərbaycan Tanıtım Ocağının Fəal üzvü) ilə 24 Yanvar Tarixində Miyanada tutuqlanmışlar. Mehrdad Kərəmi dünən ,10 Fevral, Təbriz zindanın qərəntinəsinə göndərilmiş və hal hazırda orada saxlanılır. Başqa dustaqlar isə hələ də İttilaat idarəsinin xüsusi kameralarında saxlanılırlar.

Hər dustaq üçün ayrıca imza kampaniyası başladılmışdır.
Bu milli fəallar üçün həm də “Dustaq öyrəncilərə özgürlük” adlı Facebook bəyən səhifəsi açılmışdır. Facebook üzvü olanlar isə bloqdakı xəbərləri oradan izləyə bilərlər.

İmzalamaq üçün aşağıdakı linklərə girə bilərsiniz:
http://www.gopetition.com/petitions/free-mehrdad-karami-azerbaijani-activist.html Mehrdad Kərəmi

http://www.gopetition.com/petitions/free-mohammad-ahadi.html Məhəmməd Əhədi
http://www.gopetition.com/petitions/free-rouzbeh-saadati.html Ruzbeh Səadəti
http://www.gopetition.com/petitions/free-afshin-shahbazi.html#sign Əfşin Şahbazi



Tanınmış azərbaycanlı fəal İbrahim Rəşidi nəhayət öz ailəsi ilə telefon əlaqəsi saxlamağa nail olub


Güney Azərbaycan Xəbərləri





Fevralın 8-də (bəhmənin 19-da) ailəsi ilə əlaqə saxlayan azərbaycanlı fəal tutulduğu gündən bəri Aclıq Aksiyası (etisab-i ğəza) saxlamaqdadır.

Rəşidi, Təbriz ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanılır.

Qeyd edək ki, O, ailəsi ilə əlaqə saxladığı zaman, onun ailə üzvləri Azərbaycan Milli Hərəkat fəallarının aclıq aksiyasına son verməyə dair istəklərini ona çatdırıblar. Rəşidi isə azərbaycanlı fəalların niganranlığı və istəklərini nəzərə alaraq aclıq aksiyasına son verəcəyinə söz verib.



MEHRDAD KƏRƏMİ DÜNƏNDƏN TƏBRİZ ZİNDANININ QƏRƏNTİNƏSİNDƏ SAXLANILIR


Güney Azərbaycan Xəbərləri




Mehrdad bəy Kərəmi dünən 10 Fevral Təbriz zindanının qərəntinəsinə göndərilmişdir. Mehrdad Kərəmi insan haqları fəalı və Təbrizə universitetinin öyrəncisi, 2011-ci il, dekabr ayının 24-ü Təbrizdə universitet avtobusundan enərək İttilaat məmurları tərəfindən yaxalanmış və oradan Zəngan İttilaat idarəsinə göndərilərək xüsusi kamerada saxlanılmışdı. Belə nəzərə gəlir ki, Əfşin Şahbazi, Ruzbeh Səadəti və Məhəmməd Əhədinin İttilaat məmurları tərəfindən tutuqlandıqlarından sonra Mehrdad bəy Təbriz İttilaatına gətirilibmiş.
Azərbaycan Tanıtım Ocağının keçmiş katibi olan Mehrdad bəy Kərəmi, indilikdə Təbriz zindanın qərəntinəsində saxlanılır. Mehrdad bəy, qərəntinənin ağır durumunda saxlanılarkən heç bir telefon danışığına da izni yoxdur.


İRAN XARİCİ İŞLƏR NAZİRLİYİ AZƏRBAYCAN SƏFRİNƏ ETİRAZ NOTASI VERMİŞDİR


Güney Azərbaycan Xəbərləri



İran Xarici İşlər Nazirliyi, Azərbaycanın İrandakı səfiri, Cavanşir Axundovu Nazirliyə çağırıb və etiraz notasını vermişdir.
Bu etiraz notasında əsas məsələ “ İran nüvə üzrə alimlərinin terroru ilə bağlı bir sıra terroristlərin Azərbaycana gəlib getmələri, Azərbaycandan Tel Avivə getmələri üçün bir sıra imkanlara malik olmaları və İsrail Casusluq orqanları ilə iş birliyi” olmuşdur.
İran dövləti bu iddiadadır ki, İsrailin Musadı Azərbaycan torpağından İran əleyhinə yararlanır. İran Xarici İşlər Nazirliyi Azərbaycan səfirini çağıraraq, Azərbaycan dövlətinin bu işlərə son qoymasını istəmişdir.
Həm də İran mediaları “Azərbaycan Respublikasının, İslam Respublikasının o ölkədəki qurum nümayəndələri ilə xoşa gəlməz davranışı, İrana qarşı hər gün medialarda olan təbliğlərə və Astara- Bakı yolunda yük maşınlarının saxlanılmasına” etiraz etdiklərini bildirmişlər.
Görünür bu etirazlar Azərbaycan Republikasının adının Quzey Azərbaycan Respublikasına dəyişdirmə istəyinin gündəmə gəldiyindən sonra artmışdır.



İranın Xuzistan vilayətində iğtişaşlar baş verib, 3 nəfər ölüb, 49 nəfər həbs olunub


Güney Azərbaycan Xəbərləri



Həbs olunanlar arasında İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) bir keçmiş zabiti də var. Ölənlərin hər üçünün zindandakı işgəncələr nəticəsində həlak olduğu bildirilir. Hadisədən sonra Xuzistan vilayətinin bir sıra şəhərlərində komendant saatı elan edilib.

Qeyd edək ki, iğtişaşlara bir qrup gəncin bu ilin martında keçiriləcək parlament seçkilərini boykot etməklə bağlı təbliğat aparması səbəb olub. Belə ki, onlar əhalini parlament seçkilərini boykot etməyə çağırıb. Bu cəhd polislə xalq arasında toqquşmaya səbəb olub. Toqquşmalar Xuzistanın Şuş şəhərindən başlayıb. Bir qrup gənc seçkiləri boykot etməklə bağlı şəhərin divarlarına elanlar yapışdırıb. Polis bu məsələni bəhanə edərək milli fəalların evlərinə hücum edib və onlardan bir neçəsini saxlayıb. Şəhər əhalisi bu hadisələrə etiraz edərək polislə toqquşub. Daha sonra iğtişaşlar Həmidiyyə şəhərinə keçib və polis bu şəhərdə də bəzi milli fəalları həbs edib. Həmidiyyə şəhərinin bir sıra məktəblərinin direktorları da həbs edilənlər arasındadır. Artıq məsələ ilə bağlı bir sıra beynəlxalq təşkilatlar bəyanat veriblər.



İranda 30 milyon xarici e-mail bağlanıb

Güney Azərbaycan Xəbərləri



İranda 30 milyon xarici e-mail bağlanıb. “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bir çox saytlara da filtr tətbiq edilib.
İnternet saytlarının İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) göstərişi ilə bağlandığı bildirilir. Bu prosesin fevralın 15-nə kimi davam etdiriləcəyi ehtimal olunur. Çünki İran müxalifəti ölkə əhalisini həmin tarixdə kütləvi aksiyaya dəvət edib.



Hürmüz Boğazına Əsgər Göndərə Bilərik


Güney Azərbaycan Xəbərləri



Yaponiya Baş naziri Yoşihiko Noda, lazım olduğunda Hürmüz Boğazına əsgər göndərə biləcəklərini söylədi.
Yaponiyanın öndə gələn qəzetlərindən Yomiuri Shimbunun xəbərinə görə, büdcə görüşmələri əsnasında Baş nazir Noda, Tahran rəhbərliyinin Hürmüz Boğazını kəsməsi halında əsgər göndərə biləcəklərini ifadə etdi. Baş nazir Noda danışmasında "Yaponiyanın enerji ehtiyacını göz qarşısında tutulduğunda, Hürmüz Boğazının kəsilməsi halında hər cür variantı düşünməmiz lazım." ifadələrini istifadə etdi. Yaponya Ordusunun qanuni olaraq xaricə əsgər göndərə bilməməsi haqqında da açıqlama verən Noda, "Lazım olsa qanuni tənzimləmələr yenidən nəzərdən keçirilər." dedi.
Enerjiyə ehtiyaci olan Yaponiyanın idxal etdiyi neftin yüzdə 80-ə yaxını Hürmüz Boğazından keçərək ölkəyə gəlir. Hürmüz Boğazında hər hansı bir sabitsizliyin yaşanması halında Yaponiyanın iqtisadi olaraq ağır təsirlənməsi ön görülür.


AYƏTULLAH DƏSTQEYB ÜÇ RUHANİYƏ QƏZƏBLİ MƏKTUB YAZIB


Güney Azərbaycan Xəbərləri


İran Üləmalar Məclisinin üzvü, müxalif ayətullah Əli Məhəmməd Dəstqeyb üç ruhaniyə məktub yazıb. İran Üləmalar Məclisinin rəisi ayətullah Məhdəvi Kəni, ayətullah Mömin və Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncaniyə ünvalanan məktubda deyilir: “Qarşıdan parlament seçkisi gəlir. Lakin xalqın parlamentə seçmək istədiyi şəxslər mühakimə olunmadan zindanlara salınıb. 2009-cu ildə ölkədə keçirilən prezident seçkisinin nəticələrinə etirazlardan sonra respublika sistemi və idarə üsulu öz mahiyyətini itirdi. Seçki etirazlarında xalqla rəftar isə sistemin islami mahiyyətinə son qoydu.
Belə olan halda ölkənin islam şəriəti ilə idarə olunduğunu necə iddia etmək olar? Bu vəziyyətdə dini mərkəzlər zalıma qarşı çıxa biləcək, islamın müdafiəsinə qalxa biləcək ruhaniləri necə yetişdirə bilər?
Sizcə, bəzi özbaşına qüvvələrin islam şəriətini istədikləri kimi təfsir etməsi şəriət və islam respublikası qanunlarına uyğundurmu? Sizcə, insanları mühakimə olunmadan mürtəd və kafir adlandıraraq həbsə salmaq düzgündürmü? Sizcə, zindanda insanların gözünü bağlayıb təzyiq və təhdid yolu ilə onlardan yalançı etiraflar almaq islam qaydalarına uyğundurmu? Sizcə, hansısa bir şəxsin günahı sübut olunmadan icazəsiz onun evinə girmək və bəzən onun hətta şəxsi əşyalarını da götürüb aparmaq islam dəyərlərinə zidd deyilmi? Sizcə, insanların telefonuna gizlicə qulaq asmaq, heç bir günahı olmayan Mirhüseyn Musəvi və Mehdi Kərrubinin ev dustaqlığında saxlanması düzgündürmü?
“Sepah” qüvvələri mənim arvad-uşağım mənzildə ola-ola evimə hücum çəkir, hədə-qorxu gəlirlər. Sizcə, özünü müdafiə edə bilməyən arvad-uşağa hücum çəkmək, onları qorxuya salıb təhdid etmək islam şəriətinə uyğundurmu?”.
Bu xəbər oxucular tərəfindən 2134 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed