Şrift:
İranlı nazir: “83 islahatçı namizəd parlamentə yol tapıb”
02.03.2016 [10:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli fevralın 29-da jurnalistlərə açıqlamasında ölkədə keçirilmiş parlament seçkilərinin nəticələrindən danışıb.
Nazir bildirib ki, buraya qədər 83 islahatçı namizəd, 60 müstəqil namizəd, 78 mühafizəkar (üsulçu) namizəd və dini azlıqlardan olan 5 namizəd ölkə parlamentinə yol tapıb: “Bununla da 290 yerlik İran parlamentində 226 yeri tutan namizədlərin adları bəlli olub. Seçkinin ikinci turu isə aprelin ortalarında keçiriləcək. Həmin turda parlamentdə boş qalmış 64 yer uğrunda 128 namizəd bir-biri ilə rəqabət aparacaq”.

Qeyd edək ki, İranda parlament seçkiləri fevralın 26-da keçirilib.
Bu xəbər oxucular tərəfindən 576 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed