16.03.2016 [10:46] - Gündəm, Siyasət
"Parisdə terror aktı törədilərkən bəzi ölkələrin liderləri və nümayəndələri Fransaya səfər etmiş və birlikdə yürüyərək terroru ittiham etmişdilər. Bu səfəri ilə dövlət başçımız həmin ölkələrə Ankarada da olmağın vacibliyi mesajını verdi".
Bunu professor, millət vəkili Musa Qasımlı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfərinə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, Ankarada törədilən qanlı terror hadisəsindən dərhal sonra Prezident İlham Əliyevin qardaş Türkiyəyə səfər etməsinin dərin mənası var: "Hər şeydən əvvəl, dövlət başçımız bir daha göstərdi ki, dövlətimiz, millətimiz ağır, kədərli günlərində qardaş türk millətinin və Türkiyənin yanındadır, onların acısını bölüşür, kədərlərinə şərik çıxır. Bu səfər digər dövlətlərə də bir işarə oldu. Prezident İlham Əliyev davranışı və sözləri ilə terroru pislədi, yaxşı və pis terrorçunun olmadığını göstərdi".
M.Qasımlı deyib ki, Türkiyə olmayan yerdə Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyib, ona qarşı edilən əsassız hücumlara layiqincə cavab verib: "Bir neçə il əvvəl Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı çərçivəsində keçirilən toplantı zamanı Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə əleyhinə ifadələr işlədərkən İlham Əliyev layiqincə onun cavabını verib. Bu, Türkiyə məsələsində Azərbaycanın qəti mövqeyinin digər ölkələrə çatdırılması idi. Yəni, Azərbaycan olan yerdə Türkiyənin və türk millətinin əleyhinə danışıla bilməz".
M.Qasımlı bildirib ki, Prezident İlham Əliyev dünyada çox təhlükəli proseslərin getdiyini birmənalı olaraq bildirdi, terroru islam dini ilə əlaqələndirməyin səhv olduğunu, harada müsəlman varsa, terrorçu axtarmağın dövlətlər və xalqlararası münasibətlərə ziyan vurduğunu xüsusi vurğuladı: "Bəzi ölkələr islamafobiyanı dövlət siyasəti səviyyəsinə qaldırıblar. Belə yanaşma tamamilə yanlışdır. Çünki islam sülh, birgə yaşayış dinidir. İslamı terrorla eyniləşdirmək konkret məqsədlər üçün edilir. Azərbaycan isə dinlərarası, mədəniyyətlərarası dialoq baxımından bir model ölkə halına gəlib. Dünyanın Azərbaycanda öyrənəcəyi çox şey var".

Bu xəbər oxucular tərəfindən 710 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |