Şrift:
Avropa İttifaqı (Aİ) ilə vizasız rejim üçün Türkiyə 35 şərti yerinə yetirməlidir.
24.03.2016 [17:26] - Siyasət
Bu barədə Kanal7 telekanalı xəbər verib.

Bildirilir ki, bundan əvvəl Türkiyədən 72 şərtin yerinə yetirilməsi tələb olunurdu.

Telekanalın məlumatına görə, Aİ ilə viza rejiminin ləğv olunması üçün Türkiyə parlamenti bu il may ayının 4-ə kimi bəzi dəyişiklikləri qəbul etməlidir. Hansı ki, onlardan biri Aİ-nin standartlarına cavab verəcək yeni pasportların verilməsidir.

Telekanalın xəbərində qeyd edilir ki, viza rejiminin ləğv olunmasından sonra Türkiyə vətəndaşları 3 ay müddətində vizasız Almaniya, Avstriya, Belçika, Çexiya, Daniya, Estoniya, Finlandiya, Hollandiya, İtaliya, İspaniya, İsveç, İsveçrə, İslandiya, Litva, Latviya, Lüksemburq, Lixtenşteyn, Macarıstan, Malta, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya və Yunanıstanda qala biləcəklər.
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed