15.04.2016 [13:38] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Hörmətli Millət vəkilləri, Azərbaycanın bu çətin günlərində, cəbhə bölgələrində bir neçə günlük müharibənin aktiv fazaya keçdiyi müddətdə hamı kütləvi fədakarlıq göstərdi. İqdidarlı-müxalifətli bütün siyasi palitra, arxa cəbhədə bütün xalq düşmənə qarşı yekdil mübarizə apardı. Çox təəsssüflər olsun ki, bir qrup fərqli tövr nümayiş etdirməklə, bu birliyə, bu milli iradəyə, əzmkarlığa, son günlər yenidən fədakarlıq göstərmiş ordumuza kölgə salmağa çalışır. Milli maraqları yıpradan münasibət sərgiləyir. Həm buradakı çıxışlardan, həm də ümumi əhval ruhiyədən müşahidə olunan odur ki, belə qrup və insanları yalnız ictimai qınağa vermək düşünülür. İllərdir ictimai qınağa verməklə belələri dəyişmədi. Məncə bu vasitə yetərli deyil. Milli maraqlardan üst yoxdur. Təklif edirəm ki, Milli maraqlara zərbə vuran, Milləti, Dövləti, onun qurumlarını-ordunu həqarət edən aşağılayan hərəkətlərə görə qanunvericilikdə dəyişiklik edilərək və ya yeni qanun qəbul edilərək məsuliyyət, ən sərt cəzalar nəzərdə tutulsun. Türkiyədə Türk Cəza qanununun 301-ci maddəsində Türk millətini, Türkiyə Cümhuriyyəti dövlətini, Dövlətin qurum və orqanlarını aşağılamağa görə məsuliyyət və cəza nəzərdə tutulur. Biz də eyni mahiyyətdə qanun qəbul edə bilərik.
Həmişə təklif etdiyim bir məsələni yenidən diqqqətinizə çatdırmaq istəyirəm. Çox yaxşı olar ki, Milli Məclis bir iclasını Qarabağ dinləmələrinə həsr etsin. Bu iclasda Müdafiə nazirliyi və xarici işlər nazirliyi iştirak etsin bütün məsələlər-xüsusilə danışıqlardakı vəziyyət və təkliflərin çərçivəsi haqda məlumat versin. İclas qapalı keçirilə də bilər və cəmiyyəti narahat edən məqamlar ictimaiyyətə çatdırılardı. Bu çox vacibdir. Həm ictimaiyyətdə Qarabağla bağlı aparılan danışıqlarda çərçivələr məlum olar, həm burada yeni təkliflər səslənər, müzakirələr aparılardı. Eyni zamanda bütün xarici müşahidəçilər Prezidentə Milli Məclisin tam dəstəyini görər, Prezidentin iradəsinin Milli iradə olduğunu və bu iradənin arxasında bütöv bir xalqın əzmkarlıqla dayandığını görərlər.
Diqqətinizə görə təşəkkür edirəm.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1774 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |