Şrift:
MDHP Güney Azərbaycan Departamentinin 21 Fevral – Ümumdünya Ana Dili Günü münasibətilə BƏYANATI
21.02.2012 [16:41] - Siyasi partiyalar
“İnsan hüquqlarının və milli haqların bərpasının inkişafı dönəmində millətlərin dillərinin rəsmiyyətdə tanınması dünya ictimaiyyəti tərəfindən normal prinsip kimi qəbul edilib. Təsadüfi deyil ki, UNESCO Baş Konfransının 1999-cu ildə keçirdiyi 30-cu sessiyasında 21 Fevral - Ümumdünya Ana dili Günü kimi təsdiq olunub və tövsiyyə edilib ki, hər bir ölkə daxilində yaşayan müxtəlif millətlərin ana dilləri rəsmiyyətdə tanınmalı və bütün sahələrdə onun istifadə olunmasına və inkişafına şərait yaradılmalıdır. İran adlanan ölkədə isə öz tarixi torpaqlarında yaşayan 40 milyona yaxın Azərbaycan Türkü Fars molla rejiminin güclü assimilyasiya siyasətinə məruz qalaraq, digər hüquqları ilə yanaşı bu hüquqdan da məhrum olunublar. İran konstitusiyasının 15 və 19-cu maddələırində qeyd olunur ki, İran çox millətli ölkə olduğundan burada yaşayan bütün xalqlar bərabər hüquqa malikdir və heç bir ayrı seçkiliyə məruz qalmamalıdır. Hər bir xalq öz ana dilində təhsil almalı və öz milli adət ənənələrini qoruyub saxlamalı və inkişaf etdirmək hüququna malikdir. Dövlət bu istiqamatdə bütün imkanları həmin xalqlara bərabər şəkildə təmin etməyə borcludur. Lakin bu gün həmin qanunun qəbul olunmasından 33 il keçməsinə baxmayaraq İran adlanan ölkədə “fars” və “erməni” dillərindən başqa Türk, Ərəb, Bəluç, Lor, Kürd, Gilək, Türkmən və başqa xalqlar öz ana dilində oxumaq üçün bir məktəbə belə malik deyillər. Müqəddəs İslam dini pərdəsi altında gizlənmiş faşist molla rejiminin irançılıq və farsçılıq adı altında həyata keçirdikləri siyasətin nəticəsidir ki, soydaşlarımız fonetik ahənginə və qrammatikasına görə dünyanın ən kamil dillərindən biri olan Azərbaycan türkcəsində yox, yabancı fars dilində təhsil almaq məcburiyyətindədirlər. Fars molla rejimi Azərbaycan türklərinin öz ana dilində yazıb-oxumasını yasaqlamaqla onun keçmişini və gələcəyini məhv etmək istiqamətində bütün imkanlarını səfərbər edib. Güney Azərbaycan Türkləri, Ərəblər, Bəluçlar, Kürdlər, Türkmənlər və başqa etnik azlıqlar öz milli azadlıqları üçün onlara qarşı tətbiq olunan haqsızlıqlara etiraz edərək mübarizə aparır. Rejim bu haqlı tələblərə ən ağır fiziki və mənəvi işgəncə metodları ilə cavab verir. Öz ana dillərində təhsil hüququnun bərpasını tələb edən insanlara qarşı rejimin təhlükəsizlik orqanlarında ağır fiziki və mənəvi işkəncələr verilir: onlara qanunsuz olaraq uzun müddətli həbs cəzaları, sürgün və hətda edam hökmləri icra olunur. Bu gerçəkliklər onu deməyə əsas verir ki, milli istəklərinin əsasını təşkil edən ana dilində təhsilin təmin olunması yalnız xalqların öz müqədəratını təmin etməklə mümkün olacaq.
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamenti hesab edir ki, fars-molla rasizminin Güney Azərbaycan Türklərinə qarşı apardığı bu siyəsətə son verilməsi üçün millətimizin bütün kəsimləri vahid güc olaraq Güney Azərbaycanda demokratik bir dövlətin qurulması istiqamətində birgə mübarizəsini daha da gücləndirməlidir.
MDHP Güney Azərbaycan Departamenti olaraq bütün Dünya Azərbaycanlılarını 21 fevral Ümumdünya Ana dili günü münasibəti ilə təbrik edir və faşist fars rejiminin Azərbaycan Türklərinə qarşı həyata keçirdiyi qeyri-insani davranışları qınayaraq İran həbsxanalarında qanunsuz saxlanılan milli fəalları dərhal azadlığa buraxılmalarını tələb edirik. Bütün beynəlxalq insan haqları təşkilatlarından İranda qeyri fars millətlərin hüquq və azadlıqlarının təmin olunmasında daha səmərəli tədbirlər görülmələrini xahiş edirik. Dünyada yaşayan Azərbaycanlıları bu istiqamətdə davamlı mübarizəyə çağırır və soydaşlarımızın bu haqlı mübarizəsinə hər zaman dəstək olacağımızı bir daha bəyan edirik. .”

Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamenti 21.Fevral 2012
www.davam.az
050.611.38.06 - 012.567.11.80
Bu xəbər oxucular tərəfindən 2122 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed