Şrift:
Ustad Həsən Dəmirçi Təbrizin Polis İdarəsinə çağırılıb
27.05.2016 [03:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tanınmış azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı Həsən Dəmirçi Təbriz Polis İdarəsinin Təhlükəsizlik Bölümünə çağırılıb.

Əldə olunan məlumata görə, vəkil Nağı Mahmudi ustad H.Dəmirçinin mərhum xalq şairi Söhrab Tahirin anım mərasiminə qatıldığına görə Polis İdarəsinə çağırıldığını bildirib. Azərbaycanlı fəal mayın 23-də Təbrizin Saib xiyabanında yerləşən Polis Bölməsinə çağırılıb. Bir neçə saat sorğu-suala tutulan fəal barəsində saxta ittihamlarla yeni dosyenin yaradıldığı bildirilir.

Mərhum xalq şairi S.Tahirin anım mərasimi mayın 21-də Təbrizdə keçirilib.

Xatırladaq ki, tanınmış fəal ustad H.Dəmirçi bundan öncə də Azərbaycanın milli və demokratik hüquqları uğrundakı mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed