Şrift:
MDHP Qərbi Azərbaycan Departamentinin XOCALI soyqırımının 20 ildönümü ilə baglı BƏYANATI
22.02.2012 [16:18] - Siyasi partiyalar
Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin Xocalı soyqırımının ildönümü ilə bağlı Bəyanatı

20 il bundan əvvəl 26 fevral 1992- ci ildə Azərbaycan Respublikasının Yuxarı Qarabağ bölgəsində Xocalı şəhərində erməni hərbi birləşmələri rus ordusunun köməyi ilə yerli Azərbaycanlılara qarşı XX əsrin ən böyük qətliamlarından birini – Xocalı soyqrımını törətmişlər. Miqyasına və analoquna görə II Dünya müharibəsi zamanı faşistlərin Xatında törətdikləri faciəyə bərabər tutulan bu qırğında yüzlərlə insan – uşaqlar, qadınlar, qocalar milli mənsubiyyətinə görə güllələnmiş, əsir götürülmüş, şəhər talan edilərək yandırılmışdır. Xocalı şəhərində onlarla ailənin bütün üzvləri son nəfərinə qədər məhv edilmiş, yüzlərlə uşaq yetim qalmış əhalinin cüzi hissəsi qaçaraq xilas olsa da, hal-hazırda qaçqın həyatı yaşayır.
Azərbaycan dövlətinin qonşuluq münasibətlərinə və demokratik prinsiplərə hörmətlə yanaşdığını dəfələrlə müxtəlif qurumlarda ortaya qoymasına və bu yöndə məqsədəuyğun fəaliyyət göstərməsinə baxmayaraq təəssüf ki, sivil dünya birliyinin əksər qurumları Xocalı faciəsinin təfərrüfatlarına varmayaraq bu hadisəni genosid – soyqırım kimi qəbul etməmiş, onun əsl hüquqi siyasi qiymətini verməmişlər.

Vaxtilə 1988 ci ildə biz Qərbi Azərbaycanlılar doğma yurdumuzdan – indi Ermənistan adlanan torpaqlarımızdan deportasiya edilərkən erməni təcavüzkarlarının törətdikləri cinayət əməllərinə göz yuman Qərb “ demokratları” bu günə qədər Ermənistanı bu və ya digər maraqlar naminə dəstəkləyir və həqiqətə real qiymət verməyə tələsmirlər. Yeri gəlmişkən 100 il bundan qabaq əslində baş verməmiş hadisələri “erməni genosidi” kimi qəbul edən bəzi Fransa parlamentinin üzvlərinə məsləhət görərdik ki, erməni qəsbkarlarının Xocalıda göstərdiyi – törətdikləri vəhşiliklərin dünyaya yayılmış görüntülərinə diqqətlə baxsınlar və yaxın keçmişimizdə baş vermiş bu qətliamın əsl hüquqi qiymətini versinlər.

Biz MDHP Qərbi Azərbaycan departamentinin üzvləri nəhayət dünya birliyinin müxtəlif qurumları tərəfindən Xocalı soyqırımına əsl hüquqi-siyasi qiymət veriləcəyinə və haqq-ədalətin bərqərar olacağına inanırıq. Son zamanlar dünyanın bəzi ölkələrinin parlament və demokratik ictimai-siyasi təşkilatlarının bu istiqamətdə məqsədyönlü fəaliyyəti və Xocalı həqiqətini etiraf etmək təşəbbüsləri bunu söyləməyə imkan verir.

Biz MDHP Qərbi Azərbaycan departamenti adından bəyan edirik ki, erməni təcavüzkarları tərəfindən törədilmiş Xocalı soyqırımı sivil dünyamızda bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir. İnsanlığa qarşı yönəldilmiş bu cinayəti qətiyyətlə pisləməklə tezliklə haqq - ədalətin bərpa olunacağına cinayətkarların məsuliyyətə cəlb ediləcəyinə, Xocalıların eləcə də bütün yurd-yuvasından didərgin düşmüş qaçqınların o cümlədən biz, Qərbi Azərbaycanlıların doğma torpaqlarımıza qayıdacağına inanırıq.

MDHP Qərbi Azərbaycan Departamenti
Bakı şəhəri 22 fevral 2012
Bu xəbər oxucular tərəfindən 2371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed