Şrift:
Ermənistan silahlı qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub
27.02.2012 [11:40] - Gündəm
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 26-da saat 14.30-dan 14.40-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycanın Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 16.10-dan 16.20-dək, 18.10-dan 18.20-dək və 19.10-dan 19.30-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərini, fevralın 27-də saat 04.50-dən 05.00-dək Ağdam rayonunun Şuraabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 850 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed