Şrift:
“Traxtur”-“İstiqlal” görüşü bərabər hersabla sona çatdı
26.07.2016 [10:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol klubu 16-cı super liqa yarışlarının birinci həftəsində Xuzistanın “İstiqlal” komandasını klubun xüsusi stadionunda qəbul edib.
“Traxtur” oyunçuları yerli vaxtla saat 18:00-da başlayan oyunda xüsusi aktivlik nümayiş etdirsələr də, oyun nəhayət bərabər hesabla sona çatıb.

“Traxtur” tərəfindən oyunun 14-cü dəqiqəsində Lusiano Edinho, 60-cı dəqiqədə Fərzad Hatəmi, “İstiqlal” tərəfindən isə Rəhim Zoheyvi 58 və 72-ci (penalti) dəqiqələrdə qol vurublar.

Bununla da “Traxtur”la Xuzistan təmsilçisinin görüşü 2:2 bərabər hesabla sona çatıb.
Bu xəbər oxucular tərəfindən 796 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed