Şrift:
Ramiz Mehdiyev: Bu gün dünya birliyinin qarşısında duran çağırışlar -beyin mərkəzləri-nin daha səmərəli əməkdaşlığını tələb edir
02.03.2012 [11:11] - Gündəm
Bu gün dünya birliyinin qarşısında duran çağırışlar siyasi elitanın və qərar qəbulunda öz tövsiyələrini verən "beyin mərkəzləri"nin daha səmərəli əməkdaşlığını tələb edir. Bunu Bakıda cümə günü "İslam Əməkdaşlıq Təşkilatı ölkələrində dəyişikliklər və transformasiyalar" mövzusunda İƏT-ə üzv dövlətlərin "beyin mərkəzləri"nin III Forumunun açılışında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib.
Onun sözlərinə görə, belə əməkdaşlıq önləyici tədbirlər görməyə, strateji təşəbbüsü ələ keçirməyə imkan verir.
"Bakıda təmsil olunan ekspertlərin tərkibi, nüfuzu və sayına görə Forumu yalnız İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin deyil, ümumilikdə qlobal məkanda həmkarların mövcud çağırışlarına ortaq cavab axtarışı, açıq beynəlxalq dialoq adlandırmaq olar", - Mehdiyev deyib.
PA rəhbəri əminliyini bildirib ki, dünyanın çoxsaylı ölkələrini əhatə edən Forum iştirakçılarının potensialı və dəyərli təcrübəsi dövrümüzün üzləşdiyi çağırışlara dair səmərəli fikir mübadiləsinin aparılmasına, əməkdaşlığın intensivləşməsinə imkan yaradacaq.
Mehdiyev çıxışında, həmçinin Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, inkişafdan danışıb. Onun sözlərinə görə, Azərbaycan qarşıdakı 10 ildə ümumi daxili məhsulu 2 dəfə artırmağı nəzərdə tutur.
Mehdiyev qeyd edib ki, Azərbaycanda iqtisadiyyat çoxşaxəli inkişaf edir və neft asılılığı aradan qaldırılır. Təhsil sahəsində ölkədə aparılan işlərdən danışan PA rəhbəri qeyd edib ki, Azərbaycanın hazırda çoxsaylı gəncləri xarici ölkələrdə təhsil alırlar və onlar qayıtdıqda ölkənin inkişafına öz tövhələrini verəcəklər.
Mehdiyev vurğulayıb ki, Azərbaycan müxtəlif xalqlar arasında mədəniyyətlərarası dialoq üçün körpü rolunu oynayır
Bu xəbər oxucular tərəfindən 1550 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed