Şrift:
Güney Azərbaycanın Sulduz şəhərində parlament seçkilərinin nəticələrinə etiraz olundu
03.03.2012 [17:49] - Gündəm, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiyə vilayətində fəaliyyət göstərən “Urmu İşçiləri” saytının yaydığı xəbərə əsasən Sulduz şəhərinə İran və İraq Kürdüstanından gələn Kürdlər parlament seçkilərində namizəd olan Kürd əsili Abid Fətahiyə səs verməklə onu dəstəkləyiblər və seçkilər bitdikdən sonra qondarma Kürd bayraqlarılə Sulduz şəhərində şənlik etməyə başlayıblar və Sulduz Kürd şəhərdir kimi Kürd dilndə şuarlar səsləndirməyinə baxmayaraq polis və təhlükəsizlik məmurları onların qaşısını almayıb.Yerli əhali gəlmə kürdlərin bu əmələrində narahat olaraq sulduz şəhərinin icra hakimiyətinin qarşısına toplaşaraq etiraz etmək istəsədə polislər buna imkan vrməyib və yerli əhalinin qarşısını alımaq üçün Urmiyədən çoxlu sayda xüsusi təyinatli polis və Bəsic məmurları gətirilib.Sulduz əhalisi və ziyalıları Urmiyə İmam cüməsi və hərzaman o bölgənin Kürdləşməsinin qarşısını alan Molla Həsənini Sulduza çağırmağa məcbur olub.Tez bir zamanda sulduza gələn İmam cümə Molla Həsəni şəhər rəhbərliyilə görüşərək bildirib ki Sulduz tarixən və indidə türk şəhəri olub və bundan sonrada olacaq nəqədər mən sağam bu şəhərin parlamentdə nümayəndəsi Sulduzlu və türk əsilli olmalıdır əks təqdirdə şəhərdə ciddi qarşıdurma yarana bilər.Məşhur Molla Həsəni əlavə edib ki yəqin ki seçkilərdə saxta karıqa yolverilib əgər belədirsə seçkilərin nəticələri bu şəhərdə ləğv olunmalıdır.Məlumata görə parlament seçkiləri ərəfəsində və seçki günü kürd şəhərlərindən məhz Sulduz şəhərində səsvermək üçün çoxlu sayda Kürd gətirilib və İran rejimi onların qanunsuz olaraq o şəhərdə seçkilərə qatılmağına şərayit yaradıb.
Bu xəbər oxucular tərəfindən 1852 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed