10.11.2016 [11:20] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri Vidadi Zeynalovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar başlanıb.
İttihamdan belə aydın olur ki, nazir Əli Abbasov 2004-cü ildə RYTN-də vəzifəyə təyin olunan Vidadi Zeynalovla hesablaşıb, onun var-dövlət toplamasına seyrçi mövqe sərgiləyib. Vidadi Zeynalov vəzifədə olduğu illər ərzində nazirliyin tərkibində olan birliklər və MMC-lərə qarşı əsl reketlik edirmiş.
İttiham aktında yer alan daha bir ilginc məqam - mülklərinin bitməyən siyahısı da yer alır. Bu siyahı Vidadi Zeynalovun iştahının sərhəd tanımadığını ortaya qoyur. Onun 60-dan çox mülkü var! Məhkəmə həmin torpaq sahələri, obyektləri və Şamaxı rayonu ərazisində yerləşən 2 milyon manat dəyəri olan hotelinə həbs qoyub.
Vidadi Zeynalov nazirlikdə aparat rəhbəri vəzifəsinə təyin olunana qədər Bakıda cəmi 1 evi olub. 12 il çalışdığı aparat rəhbəri vəzifəsində isə maaşı 1000 manatı aşmayıb. Yəni Vidadi Zeynalov bu qədər var-dövləti “maaşla almışam” deyə bilməz. Heç Hacı Qalib kimi “kişinin evi olar” da söyləyə bilməz. Çünki faktlar tamam başqa mətləbləri ortaya qoyur...
Belə bir durum cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə, cəmiyyətdə narazılıqların pik həddə çatmasına gətirib çıxara bilərmi? Yəni bir qrup məmur minlərlə insanın haqqını mənimsəyir; birinin 100 mülkü olur, digərləri isə heç bir sot torpağa da malik deyil. Çünki ona çatmalı olan torpaq, pul məmurlar tərəfindən mənimsənilib! Nəticədə insanlar borc, kredit içərisində boğlur.
Deputat Fərəc Quliyev deyir ki, V.Zeynalovun bu qədər var-dövlət toplaması “MTN çetesi” ilə əlaqələri hesabına olub: “İttiham aktında yazılanlar təsdiqini taparsa, istəyir Vidadi Zeynalov olsun, istərsə də digər korrupsioner məmur fərq etməz, cəzasını çəkməlidir. Bu adamlar dövlətə ciddi zərər vurublar. Onların əmlakları müsadirə olunmalı, taladıqları əmlak da dövlətə qaytarılmalıdır. Bu adamların şişib harınlamaları təbii ki, xalqın malı hesabına olub. Xalqın əksər hissəsi isə kasıbçılıq içində, banklara borcları altında çabalayır. Əlbəttə ki, bu sosial ədalətsizlikdir. Bu vəziyyətin yaranmasında Vidadi Zeynalov kimi məmurların rolu var, bu danılmazdır”.
Deputat banklara borcu olan vətəndaşların borclarının həbsə alınmış məmurların əmlakları hesabına silinməsi haqda suala belə cavab verdi: “Bu təklifi də dəyərləndirmək olar. Amma korrupsioner məmurlar olmasaydı belə, banklar devalivasiyadan xeyli qazanıblar. Çünki onlar pullarının əksər hissəsini dollarda saxlayıblar. Həmin qazancın özü də yetərdi ki, kredit götürən vətəndaşların borcları silinsin. Təbii ki, ölkədə talançılıqla məşğul olan, dövlətin pulunu oğurlayanların əmlaklarının, mal-mülklərinin müsadirə olunaraq satılması hesabına da bu kredit borclarını bağlamaq mümkündür. Bəli, bu qaynaq vasitəsilə də kredit borclarını bağlamaq olar, bu sadə bir yoldur”.
Deputat Vidadi Zeynalovun 12 il ərzində 10 milyonlarla qiyməti olan əmlaklara sahiblənməsinə münasibət bildirib: “Bu işlərin qarşısını alan, önünə keçib araşdırma aparmalı olan MTN vəzifəlilərinin özləri də bu işlərlə məşğul olublar. Bu, çox biabırçı bir vəziyyətdir. MTN dövlətin təhlükəsizliyini, iqtisadi təhlükəsizliyini təmin etmək əvəzinə, hər iki sahədə təhlükəsizlik sahəsinə qəsd olunmasının başında dayanıb. Vidadi Zeynalov kimi məmurların əməllərinin qarşısını almalı olan qurum həm də MTN olub. Obrazlı desək, bunlar anbarı qorumaq əvəzinə, özləri oranı talayıblar. Hesab edirəm ki, bu şəxslərə ən ağır cəza verilməlidir ki, qalanlarına örnək olsun. Digər strukturlara səlahiyyət veriləndə, bundan sui-istifadə etməsinlər”.
Qeyd edək ki, Vidadi Zeynalovla yanaşı, RYTN-in digər vəzifəlilərinin bir çoxunun əmlak və mülklərinə həbs qoyulub. Bu sırada nazirliyin tabeliyindəki “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin keçmiş rəhbəri Beytulla Hüseynov, “Optik Qurğular” İdarəsinin sabiq rəisi Namazəli Məmmədov, “Rabitə Mülki Tikinti” MMC-lərin keçmiş direktoru Emin Məmmədov və “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərovun adı var. Məhkəmə onların milyonlarla manat dəyəri olan əmlak və mülklərinə həbs qoyub. Belə ki, məhkəmə B.Hüseynovun 50-yə yaxın əmlakının üzərinə həbs qoyub.

E.HÜSEYNOV
Bu xəbər oxucular tərəfindən 1089 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |