12.11.2016 [08:54] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Milli Məclisin 11.11.2016 tarixli plenar iclasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev ağacların qeyri-qanuni kəsilməsi və qaydasız tikintilərin aparılmasını , qaz sayğaclarının quraşdırılması zamanı qanuna zidd olaraq istehlakçıdan pul tələb olunmasını tənqid edib. Bundan əlavə o, Milli Məclisdə qanunların müzakirəsindən əlavə səslənən təkliflərin və iradların müvafiq qurumlara çatdırılması ilə bağlı təklif irəli sürüb. Millət vəkilinin həmin çıxışının tam mətnini və audio yazısını təqdim edirik:
“Təşəkkür edirəm cənab sədr. Sizi və bütün həmkarlarımı qarşıdan gələn “Konstitusiya Günü” və “Milli Dirçəliş Günü” münasibətiylə təbrik edirəm.
Qısaca iki məsələyə toxunacam: Birinci, Aqrar siyasət komitəsinin hazırladığı bütün qanun layihələri və sənədlər həmişə mükəmməl olub, eləcə bu gün təqdim edilən qanun layihəsinə dəyişikliklər də. Lakin mən hörmətli Eldar müəllimdən soruşmaq istəyirəm, burda 3 maddənin- 75, 76, və 77-ci maddələrin ləğv olunması o mənanı vermir ki, kənd təssərüfatlı təyinatlı torpaqlarda yerləşən torpaqqoruyucu, sutənzimləyici və s. bu kimi funksiyanı daşıyan ağac və kol bitgiləri əvvəlkitək qorunmyacaqdır.Belə ağac və kol biotkiləri ilə möhkəmləndirilmiş yerlər var - yamaclar var, sürüşmənin qarşısını almaq üçün salınmış hissələr vardır. Son vaxtlar görürük ki, elə yerlər var ki, ağacları qırıblar, yollar çökür, sınır, sürüşür, sürüşmə əraziləri yaranır və s. Bunların çıxarılması həmin o tipli əkilən sahələrdə kolların, ağacların qırılmasına səbəb ola bilər yoxsa yox? Bəlkə qanunda bir başqa yerdə bu məqam göstərilir ki, mənim nəzərimdən qaçıb.
Mən bir bu suala cavab istiyirəm. Birdə, dünən biz televiziyada izlədik, yasamal rayonunda bir ərazidə 40 ağacı bir gecədə kəsiblər. Qanunda dəyişiklikdən əvvəl də göstərilirdi ki, bununla bağlı böyük cərimələr var. Əgər belə hərəkətlər olursa, ölçü götürmək lazımdı. Yəni bu cür hərəkətlər edib, şəhərin ortasında məhəllədə bir bina tikirlər. Tikinti haqqında qanunlarda və bununla bağlı başqa qanunlarda da göstərilir ki, bir tikinti olanda onun bir futbol meydançası, uşaq baxçası, istirahət yeri və s. olmalıdır. Bu salınmır-salınmır, bir adam gəlib bina tikəndə, 40-50 ağaçı birdən kəsirsə, bu doğru bir hal deyil. Şəhər salırıqsa, bir məhəllə salırıqsa kənarda salaq. Tikinti aparmaq üçün prezidentin sərəncamları var, geniş imkanlar yaradılıb, köhnə binaların sökülüb, yerində yenilərinin tikilməsiylə bağlı çox ciddi güzəştlər var.
Yeri gəlmişkən buna toxundum və mən hesab edirəm ki, belə adamlar çox ağır cəzalandırılmalıdır və bizim burda səsləndirdiyimiz fikirlər də burda qalmamalıdır.
Oktay müəllim, mən sizin xariclə və daxili strukturlarla qurduğunuz iş prinsipinizi çox yüksək qiymətləndirirəm. Həm də mən bir dəfə də təklif etmişdim ki, burda səslənən bütün fikirlər bəlkə ümumiləşdirib müvafiq strukturlara göndərək bilsinlər ki, Parlamentdə bu fikir səsləndirilib. Aydındır ki,bu fikirlər qərar deyillər, qətnamə deyillər, amma təklfdilər, tənqiddirlər və Nazirliklər və digər strukturlar bu fikirləri nəzərə alsınlar. Deputatların burda çox gözəl təklifləri olur. Təkliflərlə yanaşı iradları olur ki, onlar aradan qaldırılsın. Baş verən hadisələrə mütləq qanunla, qərarla yanaşmazlar ki. Parlament üzvləri hakimiyyətin yuxarı elitası ilə əhali arasında körpüdürlər. Əhali ilə işləyən deputatlar onların əhval ruhiyyəsini, verilən təklifləri, çatışmayan məsələləri bilirlər.
Mən cari məsələlərin müzakirəsində çıxış üçün yazılmışdım, nəsə anlaşılmazlıq oldu, lövhə gec yandı, orda toxunacaqdım: məsələn, qaz ilə bağlı olaraq, yeni tikilən binalara qaz verirlər və qaz verən strukturlar gəlib 500 manata orda qaz sayğacı quraşdırırlar. Amma, qanunun 9-cu maddəsində göstərilir ki, sayğaclar ödənişsiz quraşdırılmalıdır. Növbəti yoxlamalar belə ödənişsiz olmalıdır. Əgər, istehlakçı özü istəyərsə ki, nəsə yoxlanılsın, o zaman ödənişli olmalıdır. Bunu mən yeri gəlmişkən dedim. Yəni mən hesab edirəm ki, çox yaxşı olar ki, burda olan təklifləri müvafiq strukturlara çatdıraq ki, lazımi ölçü götürsünlər, həm də biraz məsuliyyətləri olsun.
Hər şeyi prezident eləməli deyil ki. Bu məmurlara meydan verilib və mükəmməl də qanunlarımız var. Azərbaycan qanunvericiliyindəki kimi mükəmməl qanunlar mən heç yerdə görməmişəm. Hər şey yazılıb, lakin əməl etmirlər.
Köhnə qanunda göstərilib ağacların kəsilməsiylə bağlı qadağalar, yenisində də var. Lakin dünən Yasamalda 40 ağaçı birdən kəsiblər,belə olmaz ki.... bu yolverilməzdir.
Təşəkkür edirəm.”

Bu xəbər oxucular tərəfindən 1319 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |