Şrift:
Vaşinqton Rusiyanın Suriyada hava zərbələrini bərpa etməsini pisləyib
16.11.2016 [10:35] - Gündəm, Siyasət
Vaşinqton Rusiya Kosmik Hava Qüvvələrinin Suriyada zərbələri bərpa etməsini pisləyir.
Bunu çərşənbə axşamı Dövlət Departamentinin nümayəndəsi Elizabet Trüdo deyib.
"Biz Rusiya və Suriya rejimi tərəfindən aviazərbələrin bərpa olunmasını qətiyyətlə pisləyirik", - deyə o, Vaşinqtonda keçirilən brifinqdə bildirib.
Trüdo bu kimi hücumları beynəlxalq hüququn mümkün pozulması adlandırıb.
"Son məlumatlar beş xəstəxana və bir mobil hospitala zərbə endirildiyindən xəbər verir. Biz hesab edirik ki, bu kimi hərəkətlər beynəlxalq hüququn pozulması deməkdir", - deyə o söyləyib və bu zərbələri ABŞ-ın fərziyyəsinə görə kimin endirdiyini qeyd etməyib.
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed