17.11.2016 [09:13] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev ötən həftə ölkədə və dünyada cərəyan edən ictimai siyasi hadisələrlə bağlı şəxsi və sədrlik etdiyi partiya mövqeyindən açıqlamalar vermişdir.
“Yeni Müsavat” qəzetinə açıqlamasında Fərəc Quliyevin mütəmadi olaraq beynəlxalq təchizatlarda müzakirəyə çıxarılan “Azərbaycanda siyasi məhbuslar” mövzusuna yanaşması belə olmuşdur:
“Ölkəmizin daxili birliyə böyük ehtiyacı var. Həmin məhbusları azad edib, bu məsələni hazırda sıfırlamağa dəyər. Kimsə peşəsinə görə hər şey edə bilməz. İnsanlar konkret məsuliyyətə cəlb olunublarsa, onların adı siyasi məhbus ola bilməz. Etiraf edək ki, bəzi QHT-lər, xüsusilə xaricə bağlı olan QHT-lər imitasiya ilə məşğuldurlar. Bəzən onlar həbsdə olanlara zərər edib, onların adlarını alver predimetinə çevirirlər. Hamının adını siyahılara doldurmaq doğru deyil. Müəyyən qurumlar vətənə xəyanət etməyənlərin azadlığını tələb edə bilərlər. Siyahılardakı fərq onu göstərir ki, burada məsələ tamam fərqlidir. Bir siyahıda birinin adının olub, digər siyahıda olmaması onu göstərir ki, burada konkret kriteriyalara əməl olunmur. Qrant müqabilində birinə dəstək verən kəslər onların azadlığa çıxmalarının marağında belə deyillər. Elə insanlar var ki, uzun müddət həbsdədirlər və cəmiyyət üçün faydalı ola bilərlər. Amma həmin QHT-lər o şəxslərin azadlığa çıxmalarına ciddi şəkildə mane olurlar”.
ABŞ-da keçirilən prezident seçkiləri ilə bağlı isə, partiya sədri aşağıdakı açıqlamaları vermişdir:
Gununsesi.info-ya açıqlamasında Fərəc Quliyev bildirmişdir ki, “Amerika kimi oturuşmuş dövlətlərin siyasəti 50, hətta, 100 il öncəyə planlaşdırılır. Bu baxımdan, oturuşmuş institutları olan ölkələrdə kimin prezident olması bir az formal xarakter daşıyır. Belə ölkələrdə fərdlərin dövlətin siyasətinə təsiri yetərincə deyil.
Klinton prezident seçiləcəyi təqdirdə, ABŞ Rusiya arasındakı münasibətlərin bir az da gərginləşəcəyini gözləyirəm. Yaxın Şərq və Cənubi Qafqaz uğrunda mübarizə güclənəcək. Bundan əlavə olaraq dolların mövqeyi bir az da möhkəmlənəcək”.
Bununla bağlı Fərəc Quliyev Səs İnformasiya Agentliyinə isə belə bir açıqlama verib: “ABŞ-Azərbaycan arasında çox mühüm müttəfiqlik var. Bu, Azərbaycanın NATO çərçivəsində həyata keçirilən proqramlarda iştirakçı olmasında, Əfqanıstanda sülhməramlı məsələsində, terrorizmlə mübarizədə özünü göstərir. Hər iki dövlət strateji mütəffiq olduğunu zaman-zaman faktiki əməllərlə sübuta yetirib. Əslində gözləntilər Hillari Klintona idi, hər kəs onun prezident seçiləcəyini düşünürdü. İndi də Trampın prezident seçilməsi müxtəlif fikirlərin səslənməsinə səbəb olur. Bəzi hallarda ABŞ diplomatlarından bir neçəsi Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. Ancaq onların da cavabı verilib. Hətta Tramp istəməsə belə, ABŞ-Azərbaycan münasibətləri bundan sonra da ən yüksək səviyyədə olacaq”.
Mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun timsalında korrupsioner məmurların əmlaklarının müzakirəsi və əhalinin banklara olan kredit borclarının müsadirə edilmiş həmin vəsaitlər hesabına ödənilməsi təklifi ilə bağlı “Yeni Müsavat” qəzetinin suallarını cavablandıran millət vəkli bununla qismən razılaşdığını və məsələyə fərqli yanaşmanın da mümkünlüyünü bildirib:
“İttiham aktında yazılanlar təsdiqini taparsa, istəyir Vidadi Zeynalov olsun, istərsə də digər korrupsioner məmur fərq etməz, cəzasını çəkməlidir. Bu adamlar dövlətə ciddi zərər vurublar. Onların əmlakları müsadirə olunmalı, taladıqları əmlak da dövlətə qaytarılmalıdır. Bu adamların şişib harınlamaları təbii ki, xalqın malı hesabına olub. Xalqın əksər hissəsi isə kasıbçılıq içində, banklara borcları altında çabalayır. Əlbəttə ki, bu sosial ədalətsizlikdir. Bu vəziyyətin yaranmasında Vidadi Zeynalov kimi məmurların rolu var, bu danılmazdır.
Bu işlərin qarşısını alan, önünə keçib araşdırma aparmalı olan MTN vəzifəlilərinin özləri də bu işlərlə məşğul olublar. Bu, çox biabırçı bir vəziyyətdir. MTN dövlətin təhlükəsizliyini, iqtisadi təhlükəsizliyini təmin etmək əvəzinə, hər iki sahədə təhlükəsizlik sahəsinə qəsd olunmasının başında dayanıb. Vidadi Zeynalov kimi məmurların əməllərinin qarşısını almalı olan qurum həm də MTN olub. Obrazlı desək, bunlar anbarı qorumaq əvəzinə, özləri oranı talayıblar. Hesab edirəm ki, bu şəxslərə ən ağır cəza verilməlidir ki, qalanlarına örnək olsun. Digər strukturlara səlahiyyət veriləndə, bundan sui-istifadə etməsinlər”.
Partiya sədri banklara borcu olan vətəndaşların borclarının həbsə alınmış məmurların əmlakları hesabına silinməsi haqda suala belə cavab verib: “Bu təklifi də dəyərləndirmək olar. Amma korrupsioner məmurlar olmasaydı belə, banklar devalivasiyadan xeyli qazanıblar. Çünki onlar pullarının əksər hissəsini dollarda saxlayıblar. Həmin qazancın özü də yetərdi ki, kredit götürən vətəndaşların borcları silinsin. Təbii ki, ölkədə talançılıqla məşğul olan, dövlətin pulunu oğurlayanların əmlaklarının, mal-mülklərinin müsadirə olunaraq satılması hesabına da bu kredit borclarını bağlamaq mümkündür. Bəli, bu qaynaq vasitəsilə də kredit borclarını bağlamaq olar, bu sadə bir yoldur”.
Milli Məclisin 11.11.2016 tarixli plenar iclasında isə deputat ağacların qeyri-qanuni kəsilməsi və qaydasız tikintilərin aparılmasını, qaz sayğaclarının quraşdırılması zamanı qanuna zidd olaraq istehlakçıdan pul tələb olunması hallarını tənqid edib. Bundan əlavə o, Milli Məclisdə qanunların müzakirəsindən əlavə səslənən təkliflərin və iradların müvafiq qurumlara çatdırılması ilə bağlı təklif irəli sürüb. Millət vəkilinin həmin çıxışının tam mətni:
“Təşəkkür edirəm cənab sədr. Sizi və bütün həmkarlarımı qarşıdan gələn “Konstitusiya Günü” və “Milli Dirçəliş Günü” münasibətiylə təbrik edirəm.
Qısaca iki məsələyə toxunacam: Birinci, Aqrar siyasət komitəsinin hazırladığı bütün qanun layihələri və sənədlər həmişə mükəmməl olub, eləcə bu gün təqdim edilən qanun layihəsinə dəyişikliklər də. Lakin mən hörmətli Eldar müəllimdən soruşmaq istəyirəm, burda 3 maddənin- 75, 76, və 77-ci maddələrin ləğv olunması o mənanı vermir ki, kənd təssərüfatlı təyinatlı torpaqlarda yerləşən torpaqqoruyucu, sutənzimləyici və s. bu kimi funksiyanı daşıyan ağac və kol bitgiləri əvvəlkitək qorunmyacaqdır.Belə ağac və kol biotkiləri ilə möhkəmləndirilmiş yerlər var - yamaclar var, sürüşmənin qarşısını almaq üçün salınmış hissələr vardır. Son vaxtlar görürük ki, elə yerlər var ki, ağacları qırıblar, yollar çökür, sınır, sürüşür, sürüşmə əraziləri yaranır və s. Bunların çıxarılması həmin o tipli əkilən sahələrdə kolların, ağacların qırılmasına səbəb ola bilər yoxsa yox? Bəlkə qanunda bir başqa yerdə bu məqam göstərilir ki, mənim nəzərimdən qaçıb.
Mən bir bu suala cavab istiyirəm. Birdə, dünən biz televiziyada izlədik, yasamal rayonunda bir ərazidə 40 ağacı bir gecədə kəsiblər. Qanunda dəyişiklikdən əvvəl də göstərilirdi ki, bununla bağlı böyük cərimələr var. Əgər belə hərəkətlər olursa, ölçü götürmək lazımdı. Yəni bu cür hərəkətlər edib, şəhərin ortasında məhəllədə bir bina tikirlər. Tikinti haqqında qanunlarda və bununla bağlı başqa qanunlarda da göstərilir ki, bir tikinti olanda onun bir futbol meydançası, uşaq baxçası, istirahət yeri və s. olmalıdır. Bu salınmır-salınmır, bir adam gəlib bina tikəndə, 40-50 ağaçı birdən kəsirsə, bu doğru bir hal deyil. Şəhər salırıqsa, bir məhəllə salırıqsa kənarda salaq. Tikinti aparmaq üçün prezidentin sərəncamları var, geniş imkanlar yaradılıb, köhnə binaların sökülüb, yerində yenilərinin tikilməsiylə bağlı çox ciddi güzəştlər var.
Yeri gəlmişkən buna toxundum və mən hesab edirəm ki, belə adamlar çox ağır cəzalandırılmalıdır və bizim burda səsləndirdiyimiz fikirlər də burda qalmamalıdır.
Oktay müəllim, mən sizin xariclə və daxili strukturlarla qurduğunuz iş prinsipinizi çox yüksək qiymətləndirirəm. Həm də mən bir dəfə də təklif etmişdim ki, burda səslənən bütün fikirlər bəlkə ümumiləşdirib müvafiq strukturlara göndərək bilsinlər ki, Parlamentdə bu fikir səsləndirilib. Aydındır ki,bu fikirlər qərar deyillər, qətnamə deyillər, amma təklfdilər, tənqiddirlər və Nazirliklər və digər strukturlar bu fikirləri nəzərə alsınlar. Deputatların burda çox gözəl təklifləri olur. Təkliflərlə yanaşı iradları olur ki, onlar aradan qaldırılsın. Baş verən hadisələrə mütləq qanunla, qərarla yanaşmazlar ki. Parlament üzvləri hakimiyyətin yuxarı elitası ilə əhali arasında körpüdürlər. Əhali ilə işləyən deputatlar onların əhval ruhiyyəsini, verilən təklifləri, çatışmayan məsələləri bilirlər.
Mən cari məsələlərin müzakirəsində çıxış üçün yazılmışdım, nəsə anlaşılmazlıq oldu, lövhə gec yandı, orda toxunacaqdım: məsələn, qaz ilə bağlı olaraq, yeni tikilən binalara qaz verirlər və qaz verən strukturlar gəlib 500 manata orda qaz sayğacı quraşdırırlar. Amma, qanunun 9-cu maddəsində göstərilir ki, sayğaclar ödənişsiz quraşdırılmalıdır. Növbəti yoxlamalar belə ödənişsiz olmalıdır. Əgər, istehlakçı özü istəyərsə ki, nəsə yoxlanılsın, o zaman ödənişli olmalıdır. Bunu mən yeri gəlmişkən dedim. Yəni mən hesab edirəm ki, çox yaxşı olar ki, burda olan təklifləri müvafiq strukturlara çatdıraq ki, lazımi ölçü götürsünlər, həm də biraz məsuliyyətləri olsun.
Hər şeyi prezident eləməli deyil ki. Bu məmurlara meydan verilib və mükəmməl də qanunlarımız var. Azərbaycan qanunvericiliyindəki kimi mükəmməl qanunlar mən heç yerdə görməmişəm. Hər şey yazılıb, lakin əməl etmirlər.
Köhnə qanunda göstərilib ağacların kəsilməsiylə bağlı qadağalar, yenisində də var. Lakin dünən Yasamalda 40 ağaçı birdən kəsiblər,belə olmaz ki.... bu yolverilməzdir.
Təşəkkür edirəm.”

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1550 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |