Şrift:
Rusiyanın paytaxtında -İlaxır çərşənbə- münasibəti ilə təntənəli bayram tədbiri keçirilib
14.03.2012 [10:10] - Xəbərlər
Rusiyanın paytaxtında “İlaxır çərşənbə” münasibəti ilə təntənəli bayram tədbiri keçirilib. Rusiyada fəaliyyət göstərən azərbaycanlı inşaatçı Mirəşrəf Fətiyev tərəfindən təşkil olunan bayram tədbirində Rusiyanın tanınmış azərbaycanlı ziyalıları, Azərbaycan diasporunun fəalları, Azərbaycanın xalq artisti Bilal Əliyev və əməkdar artist Elza Seyidcahan iştirak ediblər.
Tədbir iştirakçıları tonqalının ətrafına toplaşaraq “İlaxır çərşənbə”ni qeyd ediblər.
Bayram tədbiri canlı yayımla Azərbaycan İctimai Televiziyasının “İlaxır çərşənbə”yə həsr olunan bayram proqramına da qoşulub.
4 saatdan çox davam edən bayram tədbiri sonda atəşfəşanlıqla başa çatıb.
Bu xəbər oxucular tərəfindən 1147 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed