Şrift:
Güney Azərbaycan Xəbərləri
17.03.2012 [14:48] - Güney Azərbaycan-Təbriz
İsveçərənin Cenevərə şəhərində İranda milli, dini, etnik azlıqların huquqlarının müdafiə sı haqqında konfrans, keçirildi
Güney Azərbaycan Xəbərləri





14 mart 2012 tarixində, isveçərənin cenevərə şəhərində "Mınurıtyı Rigəhətəs" qərüpünün təşəkil etədigi, "Iranda milli, dini, etnik azlıqların huquqları"nın müdafiə sı haqqında konfrans keçirilmişdir. Konfransın açlışını edən milli azlıqların huquqları müdafəsi komitəsinin sədəri Mark Lattimer,sözü ilk olaraq Güney Azərbaycan siyasi məhəbüslarının müdafiə kümitəsinin (ADAPP) sədəri Faxtə Zamanı yə verdi.
Xanım Faxtə Zamanı çıxışında Iranın uzərinə götürdüyü bütün beynəlxalq insan huquq və azadlıqlarına hörmət, ana dilində danışma, sərbəst toplaşma, etnik ayrı seçəkiliyənə və bunun kimi başqa milli dəyərlərin tapdalanmamasına dayr öhdəlıklərini yerinə yetirmədigini və öz kimiliyini, türkəlügünü müdafiə etmək istəyən Azərbaycanlılara qarşı amansız mübarizə apardığını və buna baxmayaraq iranın hələdə bın əlxalq insan huquqları müdafiə sı kümitəsinə daymı uzuv olaraq qaldığını dilə gətirdi.
Daha sonra kümitə sədəri çıxışı bəlüç xalqının təməsilçisi minürə süleyəmani, ərb xalqının təməsilçisi kərim əbdyan və bın əlxalq amnstı kümitəsinin nümayndəsi antunya berçingerə hualə etədi. Konfransın daha çox diqqət çəkən tərəflərindən biridə ondan ibarət idı ki, iran adlanan ölkənin elçiliinin rəsmi nümayndələridə iclasda iştirak edirdilər.Konfransın sonunda iclas iştirakçıları və jurnalıstlər adı çəkiln xalqların təməsilçilrinə suallar unuanladılar.

Güney Azərbaycanlı milli fəal Heydər (Yaşar) Kərimi həbsə məhkum edildi
Güney Azərbaycan Xəbərləri





Təbrizin ümumi məhkəməsinin 103-cü şöbəsi geney azərbaycanlı fəal Heydər (Yaşar) Kərimini 6 ay həbsə məhkum edib. Kərimi vətəndaşları qanunsuz ölkədən çıxartmaqda ittiham olunub.Musa Bərzinin vəkilli ilə keçirilən məhkəmə iclasında, Kərimi vətəndaşları (Səccad Radmehr ) qanunsuz şəkildə ölkədən çıxartmaqda suçlanaraq həbsə məhkum edilib.

Fəranək Fəridin məhkumluğu barədə iki məhkəmə qərarı çıxarılıb
Güney Azərbaycan Xəbərləri





Təbrizin inqilab məhkəməsinin 104-cü şöbəsi azərbaycanlı ziyalı, qadın haqları fəalı xanım Fəranək Fəridi 91 gün həbsə məhkum edib.Məhkəmə hökmü xanım Fəranəkin Urmu Gölü ilə bağlı keçirilən kütləvi etiraz yürüşlərinə qatıldığı səbəbindən çıxarılıb. Məhkəmə, xanım Fəranək Fəridi etirazçıları Təbrizdə kütləvi yürüşü davam etdirməyə təhrik etməkdə günahlandırıb. Hakim müttəhimin bu əməlini ümumi asayişi pozmaq kimi qiymətləndirib və onun barəsində həbs qərarı çıxarıb.Təbrizin inqilab məhkəməsinin birinci şöbəsində də Hakim Həmlbərin sədrliyi ilə məhkəmə iclası keçirilib. Mühakimə nəticəsində xanım Fəranəkin 1 milyon tümən cərimə olunacağına dair qərar çıxarılıb. Müttəhim sistemin əleyhinə təbliğdə suçlanıb. Məhkəmənin əsası, müttəhimin Urmu Gölü ilə bağlı göndərdiyi bir neçə SMSdən ibarət olub.


TƏBRİZDƏ METRO TİKİNTİSİ: ƏN UZUN XƏTTİ “SEPAH” ÇƏKƏCƏK
Güney Azərbaycan Xəbərləri





Martın 15-də İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) “Xatəmül ənbiya” qərargahı ilə Təbriz meriyası arasında müqavilə imzalanıb.
Məlumata görə, 1 milyard dollar dəyərində olan bu müqaviləyə əsasən, Təbriz metrosunun ən uzun xəttinin (22,4 kilometr) çəkilişi “Sepah”ın “Xatəmül ənbiya” qərargahına həvalə olunub.
“Xatəmül ənbiya” qərargahı İranda hakimiyyətin nəzarətində fəaliyyət göstərən ən böyük podratçı kimi tanınır.
Təbrizdə metro hələ istifadəyə verilməyib. Təbriz metrosu dörd xətdən ibarət olacaq. Çəkilişi “Sepah” qərargahına həvalə olunan xətdə 20 stansiyanın tikilməsi nəzərdə tutulub. Müqaviləyə görə, bu stansiyalar 7 ilə tikilməlidir.

PARLAMENTİN SƏDRİ PREZİDENTDƏN DANIŞIB: “İNSAN ÖZ SÖZÜNÜ DAHA SƏMİMİ və ƏDƏBLİ TƏRZDƏ DEYƏ BİLƏR”
Güney Azərbaycan Xəbərləri





Martın 16-da jurnalistlərə açıqlama verən İran parlamentinin sədri Əli Laricani ölkə prezidenti Mahmud Əhmədinejadın parlamentdə sorğu-suala tutulan vaxtdakı davranışından, danışıq tərzindən söz açıb.
Əli Laricani deyib ki, Əhmədinejadın çıxışında işlətdiyi bir sıra sözlər deputatları narazı salıb: “Deputatların prezidentin onların suallarına verdiyi cavablardan narahat olduğu tam bəlli idi. Prezident suallara cavab verərkən elə sözlər və ifadələr işlətdi ki, bunu işlətməmək də olardı. İnsan öz sözünü daha səmimi və ədəbli tərzdə deyə bilər. Axı nəyə görə bəzi sözləri işlətməklə başqalarının narahatlığına səbəb olmalıyıq və sadə bir mövzunu kin-küdurətə çevirməliyik?
Şəxsən hesab edirəm ki, bəzi sözlərin deyilməsi düzgün deyildi. Deputatların da narahat və dilxor olması buna görədir. Bəzi deputatlar deyirdilər ki, prezident gəlib bizi lağa qoyub.
Bütün bunlara baxmayaraq hesab edirəm ki, prezidentin deputatların çağırışı ilə parlamentə gəlib onların suallarına cavab verməsi ölkədə demokratiyanın inkişafı və güclənməsi deməkdir. Bu isə dəyərlidir. O qədər dəyərlidir ki, artıq həmin sorğu-sualdakı xırdalıqlara fikir verməmək də olar”.
Martın 14-də İran prezidenti Mahmud Əhmədinejad parlamentdə sorğu-sual olunub. Əhmədinejad deputatların suallarına yarı ciddi, yarı zarafat cavab verib, faktiki parlamenti lağa qoyub.

Güney Azərbaycanlı fəal Məhəmmədəli Təqvayi cərimələnəcək
Güney Azərbaycan Xəbərləri






Mərəndin inqilab məhkəməsinin qərarına əsasən azərbaycanlı fəal Məhəmmədəli Təqvayi cərimələnəcək. Sistemin əleyhinə təbliğdə suçlanan Təqvayi 1 milyon tümən cərimə ödəməlidir.Məhəmmədəli Təqvayi bu ilin “21 Azər” günü Mərənddə bildiriş yaymaq, türk dilində kitab və dərgi saxlamaq ittihamı ilə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb və bir neçə gün işgəncələr altında saxlanıldıqdan sonra məhkəməyə intiqal edilmişdir.Məhkəmə zəbt olunan kitab və dərgilərin məhvinə dair də qərar çıxarıb.Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal 2006-ci il may qiyamı (1385-ci il xordad qiyamı) zamanı yaralanıb, təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və sonra bəraət tazanan soydaşlarımızdan biridir.
Bu xəbər oxucular tərəfindən 2106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed