29.11.2016 [13:16] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Milli Məclisin bu gün- 29.11.2016 tarixində keçirilən plenar iclasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Rusiya ilə Ermənistanın hərbi birlik yaratmasına sərt şəkildə etiraz edərək, bununla bağlı Parlamentin ciddi münasibət bildirməli və dövlətin lazımi addımlar atmalı olduğunu bildirib. Fərəc Quliyev hərbi birliyin hüquqi əsasının olmadığını və yarana biləcək təhlükələrlə bağlı tədbirlərin görülməsinin vacibliyini bildirərək, NATO-ya tamhüquqlu üzvlüklə bağlı müraciətin edilməsi və Naxçıvanda Türkiyənin hərbi bazasının yerləşdirilməsinin vacibliyini təklif edib. Partiya sədri ümumiyyətlə Rusiya ilə münasibətlərə yenidən baxılmalı olduğunu söyləyib.
Fərəc Quliyevin həmin çıxışının tam mətnini və audiosunu təqdim edirik:
“Təşəkkür edirəm, Cənab sədr!
Mən tamam başqa bir mövzuda münasibət bildirmək istəyirdim amma kolleqalarımızın qaldırdığı bir məsələ bizim qonşuluqda xüsusi bir hərbi hərəkətlilik Rusiya –Ermənistan hərbi birliyinin yaranması ilə bağlı olaraq narahatlığı məndə bölüşürəm. Hesab edirəm ki, bizim bu məsələyə ciddi bir münasibətimiz olmalıdır və nəzərə almalıyıqki Rusiya ATƏT-in Minsk qrupunda vasitəçidir həm də Ermənistan-Azərbaycan müharibəsi bitməyibdir. Belə bir şəraitdə təbii ki Rusiyanın Ermənistan əsgərinə ehtiyacı yoxdur. Yaranan hərbi birlik birmənalı şəkildə Rusiyanın Ermənistana verdiyi hərbi - siyasi dəstəkdir. Biz belə hərbi birləşmələrin tarixini görmüşük , 366-cı alayın ermənilərlə birlikdə Xocalı soyqırımını törətdiyini görmüşük, 20 Yanvar ərəfəsində Krosnadardan, Rostovdan gətirilmiş erməni könüllülləri ilə birlikdə Rus imperiya ordusunun Azərbaycanda törətdiyi qırğını görmüşük .Ona görə belə bir birləşmənin yaradıilması təbii ki, təhlükəlidir. Xüsusən nəzərə almalıyıq ki, bunun dislokasiyası Naxçıvanla Qarabağ arasındakı coğrafi bir yerdə Ermənistanın ərazisində yerləşdirilir. O mənada mən düşünürəm ki, bu məsələdə biz ciddi təpki verməliyik ,çünki, bu sıradan bir məsələ deyil. Hətta bizlə qonşuluqda- müharibə olmayan bir ölkədə yeni hərbi blok yaransaydı bizim mütləq bir münasibətimiz olmalıydı.
Ermənistan təbii ki, tək başına Azərbaycanla bacarmadığını bilir və indiyə kimidə müttəfiqlər siyasətindən istifadə edib və indi də belə davranır. Ona görə biz də müttəfiqlər siyasətimizə əvvəlcə daha dərindən baxmalıyıq. Məncə, Azərbaycan NATO-ya birbaşa, birmənalı şəkildə müraciət eləməlidir və tam hüquqlu üzv olmağı hədəfləməlidir. Üstəlik Moskva və Qars müqavilələrindən doğan müddəalar vardır . Naxçıvanın üçüncü dövlətin protektoratına düşmə təhdidi artıq ortadadır. Türkiyə hərbi bazasının Naxçıvanda yerləşdirilməsi ilə bağlı işlər aparılmalıdır, çünki açıq aydın burda Azərbaycana qarşı çox ciddi təhdid vardır.Yaradılan rus-erməni birləşmələri də göründüyü qədər birmənalı şəkildə, artıq Ermənistanın ixtiyarına verilir. Həmin o sərəncamda yazılır ki, bhərbi birlik dinc dövrdə Ermənistan baş qərargahına tabe olacaqdır və onun rəhbəri də Ermənistan tərəfindən təqdim olunacaq, Ruasiya da təsdiq edəcək . Dinc şərait olan indiki şəraiti nəzərə almalıyıq. İndiki durum Rusiya və Ermənistan üçün dinc şərait səslənə bilər ,amma Azərbaycan işğalçı Ermənistan tərəfindən işğala məruz qalan müharibə şəraitindədir, sadəcə olaraq müharibə aktiv fazada deyil. Deməli o ordu hissələrindən Ermənistanın istədiyi formada istifadə eləmək imkanları vardır, bunu mütləq nəzərə almalıyıq.
Azərbaycanla Rusiya arasında münasibətlərə bizim kolleqada toxundu. Biz həmişə xoş münasibət yaratmaqda maraqlı olduq. Cənub bölgəsinə milyardlarla investisiya qoyulub. Xoşməramlı tədbirlər görülüb. Məncə bu məsələlərə yenidən baxılmalıdır. Bizim hesabımıza güclənən bir dövlət bizim düşmənimizə dəstək verməli deyilki. Məncə Rusiya ATƏT-in Minsk qrupunda olmaq haqqını da itirib.
Təşəküür edirəm.”
AUDİO ÜÇÜN TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 1423 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |