30.11.2016 [14:47] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
“Hökumət Neft Fondundan vəsaitlər götürməklə, devalvasiya vasitəsilə əlavə gəlirlər əldə etməklə, indi də işığı, qazı bahalaşdırmaqla qazanc əldə etməyə çalışır. Bu, perspektivli yol deyil. Azərbaycan hökuməti üzərinə düşəni etmirsə, heç olmasa, sahibkarlığa meydan versin”.
Musavat.com-un məlumatına görə, bu fikirlər deputat Əli Məsimliyə məxsusdur.
Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat hökumətə ünvanlı konkret təkliflər və suallar ünvanlayıb: “Azərbaycanda kifayət qədər qabiliyyətli sahibkarlar var. Azərbaycan hökuməti kömək etmirsə, heç olmasa onlara mane olmasın! Bunun üçün vergi yükünü xeyli dərəcədə azaltmaq lazımdır. Azərbaycanda bir ildə iki şok devalvasiya nəticəsində bahalaşma baş verib. İndi də işığın, qazın qiymətinin artılrıması nəticəsində ikiqat qiymət artımı baş verir. Aşağı maaş alan vətəndaşların maaşının artırılması ilə bağlı da addımlar atılmalıdır. On ildir ki, yaşayış minimumu ilə minimum əmək haqqına çatdıracağımızı deyirik, amma edə bilmirik. Niyə Qazaxıstan bunu edir, Azərbaycan edə bilmir? Maliyyə sektorundakı gərgin vəziyyəti aradan qaldırmağın bir yolu da problemli kreditlərlə bağlı qərarın verilməsidir. Biz təklif etmişdik ki, 1000 dollara qədər borclar - əgər o insan rəhmətə gedibsə - bankların hesabına silinsin. 5 min dollara qədər borclar da köhnə kursla bağlanılsın. Artıq başqa ölkələrdə bu, tətbiq olunmağa başlayır və maliyyə sahəsində canlanma yaranıb. Əgər bizim belə təkliflər 1 il ərzində bəyənilməyibsə, Azərbaycan hökuməti daha yaxşı təklifləri niyə ortaya çıxartmayıb?”
“Azərbaycanda 200 minə yaxın vətəndaş məhkəməyə verilib. Bizim verdiyimiz qərarlar bank sektoru ilə vətəndaşı üz-üzə qoyub. Beynəlxalq Bank ətrafında baş verənlərdə Azərbaycan insanının günahı yoxdur, axı”. Bunu isə deputat Zahid Oruc söylədi.
Hökumət üzvlərinin vətəndaşlarla ünsiyyətdən yayınmasına toxundu: “Bütün sahələrdə sanki müəyyən təxribatlar baş verir. 22 fevraldan bu yana Elman Rüstəmovu ekranda görməmişik. Biz bilmirik, Elman müəllimin burda olduğu məqamda manat-dollar arasındakı məzənnə dəyişəcək, ya yox. Manatın kursu sabitləşməsə, nə biz yastıq altında olanları çıxartmayacağıq, nə də iqtisadiyyat normal məcraya düşməyəcək. Biz bilirdik ki, neft dövrünün hökumətiyik. Ancaq əhalinin məmur sayına nisbətinə görə dünyanın öncül yerlərini tuturuq”.
Deputat son bahalaşmaya da toxundu: “Deyirlər 300 milyon gəlir götürüləcək. Halbuki biz heç buna getməməliydik. Qənaət rejiminə keçməkdən danışırıq. Onda gəlin xidməti maşınları ləğv edək. AZAL yenə də bugünkü ayırmalarda xüsusi yer tutmaqdadır. Üç gün qaz verilməyəndə işıqla bağlı kvota dərhal kəskin şəkildə dəyişir. Vətəndaş bunda günahkar deyil axı”.
Deputat Fərəc Quliyev isə “mənbəni biz göstərəcəyiksə, bəs hökumət nəyə lazımdır” dedi. O, neft gəlirlərinin havaya sovrulmasına diqqət çəkdi: “Bizim 150 milyarada qədər gəlirimiz olub, qeyri-neft sektoru ağır vəziyyətdədir. Prezident nə istəyirsiniz, verib, bu qədər vəsait hara gedib? 9 iqlim qurşağının olduğu ölkədə heç neftə ehtiyac yox idi. Amma neft gəlirləri artıb, büdcə də artırılıb, neft gəlirləri azalıb, büdcədə də kəsirlər yaranıb”.
Deputat Fazil Mustafa dedi ki, Azərbaycanda problemlərin əksəriyyəti subyektiv amillərdən qaynaqlanır: “5 ali məktəb, ya nazirlik artıqdırsa, bunlar subyektiv amillərə görə saxlanılır. İşıq, qaz, su sahəsi, AZAL özəlləşdirilməlidir. Varlılardan pulu həbs etməklə alırlar, yoxsullardan da işığı, qazı, suyu bahalaşdırmaqla alırlar. Hamı pulunu yığmağa başlayır, ortada əzilən sadə vətəndaş olur. İlk növbədə Bakının regionlara köçürülməsi barədə addım atmaq lazımdır. Regionların heç birində normal, beynəlxalq universitet yoxdur. Uşağı evindən götürüb məktəbə gətirəcək mexanizm yoxdur, avtobus mövcud deyil. Hamısı valideynin çiynindədir".

E.PAŞASOY,
Musavat.com
Musavat.com
Bu xəbər oxucular tərəfindən 1169 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |