Şrift:
Güney Azərbaycan Xəbərləri
19.03.2012 [18:24] - Güney Azərbaycan-Təbriz
Azərbaycanlı fəallar istintaqa çağırılıblar
Güney Azərbaycan Xəbərləri






Güney Azərbaycanın Ərdəbil və Əhər şəhərlərində bir neçə milli-mədəni fəal dindirilmək üçün istintaqa çağırılıblar.Urmu Gölü etirazları zamanı tutuqlanan Ərdəbilli milli-mədəni fəallar telefon vasitəsi ilə istintaqa çağırılıblar. Onlar, 6-cı gün (şənbə günü) məhkəmənin istintaq şöbəsində olmalıdırlar.İstintaqa çağırılan azərbaycanlı fəalların kimliyi bunlardan ibarətdir:- Abbas Lisani- Mehdi Usuli- Hamid Heydəri- Rəhim Qulami- Əli Xeyrcu Əsgər Əkbərzadə- Xaliq Əkbərzadə Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəallar Urmu Gölü etirazlarında tutuqlanıb və bir müddət saxlanıldıqdan sonra sərbəst buraxılıblar.Abbas Lisani isə telefon vasitəsi ilə çağırışı qanunsuz sayaraq istintaqa getməyəcəyini bildirib.Daha bir məlumata görə, bu günə qədər dəfələrlə tutulanıb və təzyiqlərə məruz qalan azərbaycanlı fəal İbrahim Nuri də Əhər şəhərinin məhkəməsinə çağırılıb.

Azərbaycanlı fəalların azadlığa buraxılması üçün yeni Veblaq açılıb
Güney Azərbaycan Xəbərləri






Azərbaycanlı fəallar Salar Turi və Vəhid Həbib Çeşmənin azadlığı uğrunda fəaliyyət göstərəcək Veblaq işə başlayıb. Salar Turi və Vəhid Həbib Çeşmə fevralın 21-i (isfəndin 2-i) Dünya Ana Dili günü yeni şəhərcik Səhənddə tutuqlanıb və 21 gün Təbrizin ETTELAAT (İran Kəşfiyyat İdarəsi) idarəsinin təcridxanasında saxlanıldıqdan sonra sərbəst buraxılıblar.Onlar hazırda Təbrizin mərkəzi zindanında saxlanılır.
Sözü gedən Veblaqın adresi:
http://www.surgunlar.blogfa.com/

TÜRKİYƏDƏKİ AZƏRBAYCANLILAR, İRAN SƏFİRLİYİ QARŞISINDA AKSİYA KEÇİRDİLƏR
Güney Azərbaycan Xəbərləri





Güney Azərbaycanda milli fəaliyyətlər üçün baş verən qanunsuz həbslər, işkəncələrə görə Türkiyədəki Azərbaycanlılar bu gün 17 Mart, saat 12-13 arası İran səfirliyinin önünə toplaşaraq bu qanunsuz tutuqlamalara etirazlarını bildirmişlər.
Bir çox Güney Azərbaycanlı Azərbaycan Türkcəsinin öyrətmənlərindən ibarət olan dustaqların durumundan hələ də heç bir xəbər yoxdur. Tanınmış milli Mubariz, Qəzetəçi və Türk dili öyrətməni İbrahım Savalan hələ də İttilaatın təkadamlıq kamerasında saxlanılır. Ruzeh Səadəti, Əfşin Şahbazi, Mehrdad Kərəmi, Məhəmməd Əhədi təbriz zindanında bəlli olmayan bir durumda saxlanılır. Nasir Dirazşəmşir aylardır qanunsuz olaraq saxlanılmışdır. Salar Turi, Vəhid Həbib Çeşmə isə 21 Fevralda tutuqlanmış və indilikdə Təbriz zindanında saxlanılırlar. Rəsul Bədəli ilə 2 illik həbs cəzası üçün bir ildən artıqdır Təbriz zindanında saxlanılır.
Tanınmış milli mübariz Səid Mətinpur isə 2008-dən Evin zindanındadır. 8 illik həbsə məhkum olduğu üçün 2016-cı ilə qədər zindanda saxlanılacaqdır. Səid Mətinpurun ağır sağlıq sorunları vardır. İttilaat məmurlarının həkimə aparmaq istədiklərində əl və ayaqlarına qandal bağlamaq istədikləri üçün Səid bəy həkimə getməkdən imtina etmişdir.
Ankaradakı aksiya bütün milli fəalların həbsi, işkəncəsi və onlara olan təzyiqə etiraz olaraq keçirilmiş. aksiya heç bir təşkilata bağlı deyil, Türkiyədə yaşayan Azərbaycan Türkləri tərəfindən keçirilmişdir.
Bu aksiyada basın açıqlamasını Əlirza Muxtaroğlu oxumuşdur.



Basın Açıklaması

Son günlerlerde İran’da siyasi otorite tarafından Güney Azerbaycan Türklerine yönelik arttırılarak uygulanan baskı, şiddet ve hukuksuzluklar kapsamında, temel insan hak ve özgürlüklerini savunan sivil aktivist, aydın, yazar ve gazetecilerin herhangi bir hukuki gerekçe gösterilmeden, geniş çaplı tutuklama operasyonları kapsamında belirsiz süre için belirsiz yerlere götürülüp çeşitli işkence ve şiddet uygulamalarına tabi tutulmalarından duyduğumuz üzüntüyü ifade edip söz konusu hukuk dışı baskıları kınayarak:

1. Herhangi bir hukuki neden göstermeksizin tutuklanarak belirsiz süre için belirsiz yerlerde gözaltına alınanların biran önce serbest bırakılmasını,
2. Tutukluların tutuklanma nedenlerinin açıklanmasını,
3. Tutukluların, tutukluluk süresince işkenceye tabi tutulmama, birinci dereceden yakınlarıyla görüşebilme, kendisine avukat tutabilme, adil yargılanma vb. gibi meşru ve yasal haklarının korunmasını,
4. Temel insan hakları kapsamında; 75 milyon İran nüfusunun 35 milyon yurttaşının düşünce ve ifade özgürlüğü, anadilde eğitim hakkı ve azınlık ya da kurucu unsur statüsüne ait haklarının tanınıp iade edilmesini,
5. İran’da etnik ayrımcılık ve kültür kırımı politikaları kapsamında, Türklerin kültürel varlık ve değerlerine karşı sistematik ve planlı bir biçimde; anadilleri, tarihleri, kimlik algıları, kutsal değerleri, maddi ve insani kaynakları, kolektif iletişim hak ve özgürlükleri, kent, köy, nehir, dağ, ova ve kişi adlarına karşı yasaklama, inkar, dışlama, aşağılama biçimlerinde uygulanarak sürdürülen kırımlar sürecinin bir an önce durdurulması ve söz konusu alanlarda her türlü hukuki, siyasi, ekonomik ve psikolojik baskıların kaldırılmasını talep ediyor ve bunun için İran yönetimi ve yargısını her türlü çabayı sarf etmeye çağırıyoruz.
Türkiye’de yaşayan Azerbaycan Türkleri



Məhkəmə azərbaycanlı fəal Behnam Şeyxini həbsə məhkum etdi
Güney Azərbaycan Xəbərləri






Tehranda azərbaycanlı fəal Behnam Şeyxi hakim Pirabbasi tərəfindən 5 il asılı (təliqi, şərti) həbsə məhkum edilib.Azərbaycanlı fəala qarşı irəli sürülən ittihamlar bunlardan ibarətdir: Təhülkəsizliyin əleyhinə olan və nifaq salan pantürkist qrupuna üzvlük, ümumi asayişi pozmaq məqsədi ilə birləşib və ölkə təhlükəsizliyin əleyhinə fəaliyyət, sistemin əleyhinə təbliğ.Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəal 2009-cu il iyunun 9-u (1388-ci il xordadın 19-u) məhkəmə qərarı ilə yaxalanıb və Tehranın Evin zindanına aparılmışdır.O, Azərbaycanın milli hüquqları uğrunda mədəni fəaliyyətlərinə görə yaxalanmışdır.


“Traxtur” takımı “Saypa”nı məğlubiyyətə uğratdı
Güney Azərbaycan Xəbərləri





Təbriz vaxtı ilə saat 16:00-da Kərəcin inqilab stadionunda “Traxtur”la “Saypa” takımları (timləri) arasında keçirilən müsabiqə “Traxtur”un xeyirinə yekunlaşdı.İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 28-ci həftəsində keçirilən müsabiqənin 1-ci hissəsində, “Traxtur” oyunçusu Fərzad Hatəmi tərəfindən 35-ci dəqiqədə 1 qol vuruldu. Bu hesab müsabiqənin sonuna qədər dəyişmədi.Bununlada “Traxtur-Saypa” yarışı (1 – 0) hesabı ilə milli takımımızın xeyirinə sona çatdı.Təbrizin səhənd stadionunda “Şəhrdari” ilə Qum şəhərinin “Səba” takımları arasında keçirilməsi gözlənilən müsabiqə isə qarlı hava şəraitinə görə ləğv edildi.

Seyid Əli Saqayan: İran Ermənistanla münasibətlərə daha çox önəm verir
Güney Azərbaycan Xəbərləri






“İsrail İrana havadan hücum edərsə, qarşısı çox sərt şəkildə alınacaq”. “Fars” xəbər agentliyinin məlumatına görə, bu barədə İranın Ermənistandakı səfiri Seyid Əli Saqayan jurnalistlərə açıqlamasında bildirib: “İrana qarşı müharibə olmayacaq. NATO-nun İrana hücum edəcəyi ilə bağlı gəzən şayiələri təşkilatın baş katibi Anders Foq Rasmussen yaxın günlərdə təkzib edib”. İranın Ermənistanla münasibətlərinə də aydınlıq gətirən Ə. Saqayan bildirib ki, İran qonşu ölkələrə, daha çox da Ermənistanla münasibətlərə böyük əhəmiyyət verir: “İran bölgədə sülhün bərqərar olmasının tərəfdarıdır. Bu məsələdə ən önəmli ölkələrdən biri də Ermənistandır”. Ə. Saqayan əlavə edib ki, İranın Ermənistanla əlaqələri ən yüksək səviyyədədir: “İki ölkə arasında dostluğun daha da inkişaf etdirilməsi üçün çalışırıq. Bunun bariz nümunəsi kimi İran prezidenti Mahmud Əhmədinejadın 2011-ci ildə Ermənistana səfərini, iki ölkə arasında imzalanmış əməkdaşlıq müqavilələrini misal göstərmək olar”.
Bu xəbər oxucular tərəfindən 3083 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed