Şrift:
Ermənistanın atom elektrik stansiyasının vəkalətli idarəsi haqqında müqavilə ləğv edilib
30.03.2012 [10:05] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Rusiyanın "Интер РАО ЕЭС" şirkəti və Ermənistanın Enerji və Təbii Ehtiyatlar Nazirliyi Ermənistanın atom elektrik stansiyasının vəkalətli idarə edilməsi üzrə müqavilənin ləğv edilməsi haqqında saziş imzalayıblar.
Müqavilə vaxtından əvvəl ləğv edilib, çünki Rusiya şirkəti AES-in borclarının nizama salınması üzrə, o cümlədən yanacağın tədarükü üçün öhdəliklərini tam yerinə yetirib. Bu barədə cümə axşamı "İnterfaks" şirkətdəki mənbəyə istinadən xəbər verib.
Agentliyin məlumatına əsasən, 2003-cü ilin noyabrında imzalanan müqavilə 5 il müddətinə nəzərdə tutulmuşdu, lakin sonradan 2013-cü ilin sentyabrınadək uzadılıb.
Bu xəbər oxucular tərəfindən 1485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed