Şrift:
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan müvəqqəti həmsədrinin adı açıqlanıb
31.12.2016 [14:26] - Gündəm, Siyasət
Riçard Hoqland 2017-ci ilin yanvar ayından ATƏT-in Minsk qrupunun ABŞ-dan olan müvəqqəti həmsədri təyin olunacaq.
Ermənistan KİV-i xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, o, bu vəzifədə vasitəçilik fəaliyyəti dekabrın 31-də başa çatacaq Ceyms Uorliki əvəz edəcək.
R.Hoqland 30 illik diplomatik təcrübəyə malikdir. O, 2003-2006-cı illərdə ABŞ-ın Tacikistandakı, 2008-2011-ci illərdə Qazaxıstandakı səfiri olub, 2011-2013-cü illərdə isə ölkəsinin Pakistandakı səfirinin müavini kimi çalışıb.
Bu xəbər oxucular tərəfindən 554 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed