Şrift:
Rusiyanın müdaxiləsi seçkilərin nəticələrinə təsir etməyib - DİNLƏMƏLƏR
06.01.2017 [12:10] - Siyasət
ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsində Rusiya hakerlərinin ABŞ-da prezident seçkilərinin gedişinə müdaxiləsi haqqında dinləmələr keçirilib.
Dinləmələrin gedişatında Milli Kəşfiyyat direktoru Ceyms Klepper, Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Maykl Rocers və Müdafiə Nazirliyinin kəşfiyyat üzrə müavini Marsel Lettr ifadə veriblər.
Respublikaçı senator Con Makkeyn giriş çıxışında bildirib ki, ABŞ Rusiya prezidenti Vladimir Putinin ABŞ-a qarşı fəaliyyətinə, həmçinin Ukraynaya qarşı təcavüzə və Krımın tutulmasına effektiv cavabı verməlidir. Amma Con Makkeyn qeyd edib ki, kiberhücumlarda Rusiyanın iştirakı haqqında Amerika xüsusi xidmət orqanlarının məlumatları prezident seçkilərinin nəticələrini – respublikaçı Donald Trampın qələbəsini şübhə altına qoymur.
Senator qeyd edib ki, ABŞ kibertəhlükəsizlik sahəsində siyasəti formalaşdırmalıdır:
“Çünki hazırda bizdə kiberhücumlara qarşı durmaq üçün heç bir siyasət, heç bir strategiyaya yoxdur”.
Demokrat senator Cek Ridin çıxışında bildirib ki, Rusiya hökuməti yalnız Demokratlar Partiyasının elektron poçtunu qırmasında iştirak etməyib, həm də saxta xəbərləri yayıb. Onun sözlərinə görə, bu xəbərlər Amerika xalqında yanlış fikir yaratmağa və demokratik prosesi pozmağa xidmət edirdi.
Milli Kəşfiyyat direktoru Ceyms Klepperun deyib ki, Kreml kiberməkanda daha təcavüzkar xətti öz üzərinə götürüb, hökumət təşkilatlarını, beyin mərkəzlərini, siyasi təşkilatları və korporasiyaları hədəfə alıb. Klepper bildirib ki, növbəti həftənin əvvəlində seçki prosesinə Rusiya hakerlərinin müdaxiləsi haqqında açıq məruzə hazırlayacaq. Bu prezidentə təqdim ediləcək məruzəyə əlavə olacaq.
Ömər Dağlı
Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed