Şrift:
Azərbaycan xalçaları beynəlxalq sərgidə
16.01.2017 [14:41] - Mədəniyyət
Almaniyanın Hannover şəhərində keçirilən DOMOTEX beynəlxalq satış sərgisində “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) də iştirak edir.

“Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, ölkəmiz sərgiyə Azərbaycan xalçaçılıq məktəbinin ən gözəl nümunələri - İrəvan, Naxçıvan, Qarabağ, Bakı, Təbriz, Gəncə, Quba, Şirvan və Qazax-Borçalı xalçaları ilə qatılıb. İlk dəfədir ki, Hannover sərgisində iştirak edən “Azərxalça”nın məhsulları iştirakçılar tərəfindən böyük maraq və heyranlıqla qarşılanır.

Yanvarın 17-dək davam edəcək sərgisində “Azərxalça” ASC-ni sədr müavini Orxan Rzayev təmsil edir.

Xatırladaq ki, DOMOTEX beynəlxalq sərgisi ilk dəfə 1989-cu ildə keçirilib. O vaxtdan indiyədək hər il dünyanın xalçaçılıq sahəsinin aparıcı istehsalçıları, topdan və pərakəndə satış təmsilçiləri, interyer dizaynerləri, memarlar Almaniyanın Hannover şəhərində keçirilən ənənəvi xalça satış sərgisində bir araya gəlirlər. DOMOTEX xalça bazarının müasir vəziyyətini, bu sahədə olan texnoloji nailiyyətləri öyrənmək baxımından geniş imkanlar yaradır.
Bu xəbər oxucular tərəfindən 577 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed