Şrift:
Azərbaycanın dövlət büdcəsində sosial yönümlü xərclər gələn il 10% artırılacaq
12.10.2011 [15:45] - Sosial
Azərbaycanın 2012-ci il dövlət büdcəsinin layihəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 27,8% və yaxud 2011-ci illə müqayisədə 0,5 faiz bəndi çox nəzərdə tutulur.

Sosial yönümlü xərclər üçün 4 713,4 mln. manatın ayrılması proqnozlaşdırılır ki, bu da cari ilə nisbətən 417,3 mln. manat və ya 9,7%, 2010-cu illə müqayisədə isə 1 010,3 mln. və ya 27,3% çoxdur. Maliyyə Nazirliyindən verilən məlumata görə, bu barədə 2012-ci il dövlət büdcəsinin layihəsində qeyd olunub.

Gələn ilin dövlət büdcəsində 2011-ci ildə əmək haqlarının bir hissəsinin, pensiyaların artımının maliyyə təminatı və əmək haqlarının digər hissəsinin gözlənilən artımının tətbiqi, həmçinin yeni ildə ünvanlı sosial yardımın təyin olunması üçün istifadə edilən ehtiyac meyarının həddinin artımı məqsədi ilə 800,0 mln. manat nəzərdə tutulub. Bu artımlar ilk növbədə pensiya təminatı sistemində aparılan islahatlara və 2010-cu ilin yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə əmək stajlarına uyğun artımın tətbiqinə, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışan 760,3 min nəfərin, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əmək haqlarının artımının maliyyələşməsinə imkan verəcək.

Bunun nəticəsində, sosial müavinətlərin və təqaüdlərin, o cümlədən 20 min nəfərin yaşa, 99,3 min nəfərin əlilliyə, 36,1 min nəfərin ailə başçısını itirməyə, 127,1 min nəfərin uşağın anadan olmasına görə, 58,1 min nəfər müharibə veteranlarına verilən müavinətlərin, 538 min nəfər məcburi köçkün üçün verilən yemək xərcinin, 13,7 min şəhid ailəsi və 18,2 min nəfər müharibə əlilləri üçün Azərbaycan prezidentinin təqaüdünün və 118,2 min nəfər üçün digər sosial ödəniş və müavinətlərin, 85,8 min nəfər ali, orta ixtisas, ilk peşə ixtisas təhsili sistemində oxuyan tələbə və şagirdlərə, doktorantlara verilən təqaüdlərin artırılması ilə bağlı xərclərin maliyyələşməsi təmin ediləcək.
Bu xəbər oxucular tərəfindən 1285 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed