Şrift:
Erməni mətbuatı: İqtisadi gerilik səbəbindən ölkədə yoxsulluğun dərəcəsi artıb
21.01.2017 [11:12] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ötən il Ermənistanda bir sıra sahələr üzrə ciddi tənəzzül qeydə alınıb.
"News.am" xəbər verir ki, xüsusən kənd təsərrüfatında son illər ərzində ən pis göstəricilərdən biri qeydə alınıb.
Yanvar-noyabr aylarında ümumi məhsulun həcmi 6,1% faiz azalıb. Bu göstəricilər özünü bitkiçilikdə (11,8%) daha kəskin əks etdirib.
"Səbəblər hamıya məlumdur – pis hava şəraiti, həmçinin bu sahənin təbiətin şıltaqlıqları qarşısında zəifliyi. Aydındır ki, çox fermerlər öz gəlirlərinin hissəsindən məhrum oldular" – deyə ötən ilin iqtisadi yekunları ilə bağlı saytda dərc edilmiş yazıda bildirilir.
Qeyd olunur ki, bu dövrdə pərakəndə əmtəə dövriyyəsi də azalıb. Rəsmi statistikaya müəyyən "düzəliş"lər edilsə belə, iqtisadi göstəricilər yenə də aşağıdır. Pərakəndə əmtəə dövriyyəsinin aşağı düşməsinə xarici amillər də təsir edib.
Yazıda Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığı vurğulanır. "Bizim cəmiyyətimizin gəlirlərinin əsas mənbəyi – Rusiyadan ötürmələrdir. Hansılar ki, iki il ərzində azalıb. Nəticədə kasıblar daha da yoxsul olublar. Yəni yoxsulluğun dərəcəsi artıb. Riskli sosial qrupdakı "kasıb olmayanlar"ın bir hissəsi kasıb statusunu əldə edib" – deyə yazıda qeyd olunur.
Bildirilir ki, yoxsulluq Ermənistan iqtisadiyyatının bir sıra sahələrinin inkişafı üçün əyləcdir.
Bu xəbər oxucular tərəfindən 1013 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed