Şrift:
Yanvar ayında Gürcüstana ən çox azərbaycanlılar gəliblər
03.02.2017 [15:36] - Borçalı
Cari ilin yanvar ayında Gürcüstana 387 min 70 nəfər xarici ölkə vətəndaşı daxil olub.Onların 7,1 faizini azərbaycanlılar təşkil ediblər.Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin analitik informasiya departamenti məlumat yayıb.

Məlumatda bildirilir ki, 2017-ci ilin yanvar ayında ölkəyə gələnlərin sayı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 19,8 faiz çoxdur.

Hesabat dövründə Gürcüstana gələnlərin 39,8 faizi turistlər (154083) olub.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 994 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed