11.02.2017 [11:41] - Xəbərlər, Müsahibə
1918-ci ildə Bakının erməni-bolşevik işğalından azad edilməsi üçün mücadilə aparan və canını fəda edən türkiyəli qardaşlarımız da olub. Nuru Paşanın (Killigil) komandanlığı altında Qafqaz İslam Ordusunun sıralarında döyüşənlərdən biri də Hüseyin Özkösəli idi.
Enter.News xəbər verir ki, report İstanbulun Pendik səmtində 64 illik ömür-gün yoldaşı Faizə xanımla birgə yaşayan H.Özkəsəlinin oğlu İhsan Özkösəlinin qonağı olub.
- Sizin üçün ağır olsa da, atanızın və ailənizin üzləşdiyi çətinliklər barədə qısaca məlumat verərdiniz...
- Atam Nuri Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunda əsas hərbçilərdən biri olub. Hesab edirəm ki, atamın başı çox böyük bəlalar çəkib. Çünki çox gənc yaşda dünyasını dəyişib. Onunla bağlı günlərlə danışacaq xatirələrimin olmasını istəyərdim. Hüseyin bəy Nuri Paşanın komandanlığı altında Ərzurumdan, Soğanlıqdan və Allahuəkbər dağlarından keçdikdən sonra Azərbaycan ərazisinə daxil olur, xüsusilə Bakının azad edilməsi uğrunda mücadilədə böyük fədakarlıq göstərib. Qızğın döyüşlər zamanı bomba qəlpələri onun çənəsini ağır yaralayır, üçdə bir hissəsi demək olar zədələnir. Bu səbəbdən 9 ay xətəxanada müalicə alır və bir az yaxşılaşandan sonra ayağa qalxır. Ancaq Nuri Paşanın komandanlığı altındakı ordudan artıq əsər-əlamət qalmadığını görür. Onlardan kimisi Türkiyəyə dönmüş, kimisi İrana keçmiş, kimisi də həlak olmuşdu. Atam da Azərbaycanda qalmağa qərar verir və Ağdaş rayonuna gəlir. Bir müddət burada yaşadıqdan sonra iki əsgər yoldaşı ilə birgə Sadavat kəndinə köçür və orada anamla tanış olaraq evlənir. Anamın adı Yaxşı idi. Bundan sonra Şamsavat, daha sonra isə Xosrov kəndinə köçürük. Mən 6 yaşıma qədər Xosrov kəndində yaşamışıq.
- Bəs Hüseyin Özkösəli ikinci vətəni kimi sevdiyi Azərbaycanı nə üçün tərk etmək məcburiyyətində qaldı?
- Atam çox savadlı bir insan idi, azı 5 dil bilirdi. Kəndin axundu idi və mədrəsədə tələbələr hazırlayırdı. Azərbaycanda repressiyalar başlayanda atamın da Osmanlı əsgəri olmasından xəbər tutdular. Bu səbəbdən atam Rusiyaya gedərək pasportlarımızı hazırlatdı. Həmin vaxt bir qardaşım da dünyaya gəlmişdi. Biz əvvəlcə Tiflisə getdik, oradandan Yerevana hərəkət etdik. Ancaq ermənilər gömrükdə əlimizdə nə varsa hamısını aldılar. Hətta qızıl, ya da pul keçirə biləcəyimizi düşünüb ayaqqıbılarımızı da çıxarıb dabanlarını kəsdilər. Bizə sadəcə ikiqat dəmir yataq verdilər. Türkiyə qatarı bizi aparmaq üçün Ermənistanla sərhəddə gözləyirdi. Hər şeyimizi əlimizdən aldıqdan sonra bizi qatara mindirdilər. Həmin mənzərə hələ də sanki indi olubmuş kimi gözlərimin qarşısında canlanır.
Qatar Türkiyə ərazisinə daxil olduqdan sonra atam maşinistdən xahiş edərək onu saxlatdı. Atam qatardan düşərək əyilib torpağı öpdü, öpdü və ağladı. Anam, mən və qardaşım da təəccüblə onu izləyirdik. Mən indi onu çox gözəl başa düşürəm. İndiki kimi yadımdadır, həmin gecə çox soyuq idi. Oktyabr ayının sonları idi. Qars vağzalına çatdıq, mən çox üşüyürdüm. Təbii ki, çarəsizdik, pərişandıq. Vağzalın müdirinə bizi gətirdiklərini məlumat verdilər və bizi rəisin otağına apardılar. Sonra rəis vağzalda çalışan bütün işçiləri otağına çağırdı və onların hər birinə bizi bir həftə evlərində qonaq etmələri barədə təlimat verdi. Təqribən üç ay beləcə yaşadıq. Daha sonra Qars şəhərinin Yeni məhəllə deyilən yaşayış məntəqəsində bizə kirayə ev tutdular və öz aralarında pul toplayıb atam üçün kiçik bir xırdavat dükanı açdılar. Ancaq yeni nəfəs almağa başlamışdıq ki, atam həyata və biz də ona doymadan vəfat etdi. Beləliklə, anam 6 və 13 yaşında iki övladı ilə başsız qaldı. Anamın nə təhsili, nə də burada bir kimsəsi var idi. Atam dünyasını dəyişməzdən əvvəl 9 ay yataq xəstəsi olduğundan həmin müddətdə kirayə haqqını da ödəyə bilmədik. Ancaq ev sahibi həmin pulu bizdən istəmədi. Bununla belə, yeməyə çörəyimiz belə yox idi. Atamın yoxluğu bizi məhv etdi. Mən hamballıq etməyə başladım, ayaqqabı boyayırdım və yük daşıyırdım. Həmin vaxt IV sinifdə oxuyurdum. Səhərlər vağzalda ayaqqabı boyayırdım, qazandığım pulu anama verib sonra məktəbə gedirdim. Biz olduqca çətin bir həyat yaşayırdıq. Nə ata, nə də ana tərəfinə tutunacaq bir budağımız var idi. Mən bu həyatımı dişimlə, dırnağımla qazanmışam və qürurumla yaşamışam. Sadəcə Allaha sığındım və dayanmadan işlədim. Təbii ki, çətinliklə də olsa təhsilimi davam etdirib bank müdirliyinə qədər yüksəldim. Məni İstanbula göndərdilər və 35 il bankda müdir olaraq çalışdım. Bu zaman anam vəfat etdi. Onun ardından da qardaşım 25 yaşında dünyadan köçdü və yenə də həyatda yalnız qaldım.
- Ailə qurmusunuzmu, uşaqlarınız varmı?
- Bəli. Azərbaycandan Türkiyənin Qars şəhərərinə köç edən azərbaycanlı ailələrdən birinin qızı olan Faizə xanimla ailə qudrum. Bu gün 65 ildir ömür-gün yoldaşıyıq. Təəssüf ki, övladımız olmadı. Halbuki çox istəyirdik ki, bir qızımız, bir oğlumuz olsun. Bu gün qapımızı döyüb bizə bir stəkan çay versin. Həyat yoldaşım Azərbaycan sevdalısıdır və evdə də ikinci vətənimizdən danışmadığımız hansısa bir gün olmur. Azərbaycandan çoxlu şəkillər gətirmişəm, tez-tez onlara baxıram və sizin telekanallarınızı izləyirəm. Ümumiyyətlə, içimdə sözlə ifadə edə bilmədiyim alışıb-yanan bir həsrət var. Həyat yoldaşımın səsi çox gözəldir. O, Azərbaycan xalq mahnılarını oxuyur, mən də zövqlə dinləyirəm. Faizə xanım xüsusilə "Yar bizə qonaq gələcək" xalq mahnısını çox gözəl oxuyur.
- Ümumiyyətlə Ağdaş rayonunda keçirdiyiniz günləri xatırlayırsınız?
- İnanın, mən həmin vaxt üç yaşımda olsam da, çox gözəl xatırlayıram. Yəni Ağdaşda yaşadığımız ev, anam, atam hamısı gözlərimin qarşısındadır. Hətta sizlərdən çox-çox üzr istəyirəm, sünnət olunduğum günü belə xatırlayıram. Atam rayon sakinləri arasında çox böyük hörmətə malik idi. Ona görə də mərasimə yaşadığımız və ətraf 15 kəndin camaatı təşrif buyurmuşdu. Hər kəs çalıb oynayırdı. Mən qaçıb samanlıqda gizlənmişdim, atam məni oradan çıxardı. Hər kəs məni göyə atıb, tuturdu. Ah keşkə uşaqlığım geri qayıtsa... Çox demirəm, amma bir gün yenidən həmin günlərə dönmək istərdim. Çox istərdim... Həyatımı qələmə aldığım "Bir ömrün dolayları" adlı kitabımda yazmışam və məhv olmuş uşaqlığımı uzun-uzadı qeyd etmişəm.
- Bəs bu illər ərzində heç Azərbaycana getmisinizmi?
- Həmişə Azərbaycan həsrəti ilə alışıb yanmışam. Hər gün yuxularımda Ağdaşa getmişəm və bu gün də gedirəm. Atam, anam və orada bizə doğmalarımızdan da yaxın olan qonşularımız yuxularıma tez-tez girirlər. Bir ara hər şey yoluna düşəndən sonra Azərbaycana səfər etməyə, doğmalarımı tapmağa qərar vermişdim. Hətta biletlərimizi belə aldım. Ancaq ürəyimdə əməliyyat aparıldı. 2015-ci ildə İstanbul Azərbaycan Dərnəyinin rəhbəri Səfər Qaraqoyunlu 75 ildən sonra məni Azərbaycana apardı. Mən də təyyarədən düşən kimi Azərbaycan torpağını öpdüm, öpdüm, ağladım. İçimdə olan dağ boyda həsrətə azacıq da olsa bir sərinlik gəlmişdi. Azərbaycan havasını ciyərlərimə çəkəndə ğöz yaşlarım sel oldu... İnanın ki, Azərbaycanda keçirdiyim hisslərimi sözlərlə ifadə edə bilmirəm. Dayanmadan ağlayırdım. Əvvəlcə Şəhidlər xiyabanına getdim, orada Bakını erməni-bolşevik işğalından azad edilməsi zamanı şəhid olmuş türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni ziyarət etdim. Onların hamısı atamın yaxın dostları idi.
Bundan sonra məni Ağdaş rayonuna da apardılar. Son olaraq çıxdığım Xosrov kəndinə getdim. Qapıdan içəri girəndə bir yaşlı qadın "İhsan, İhsan sənmi gəldin" deyib məni qucaqlayıb ağladı. O, anamın əmisi qızı idi. Onunla uşaq vaxtı oyun oynayırdıq. Məni unutmadığına çox təəccübləndim. O qədər əvəzolunmaz hislər yaşdım ki, sözlə ifadə edə bilmirəm. Kimi soruşdum, hamısının vəfat etdiyini dedilər. Mən paramparça olmuş bir həyat yaşamışam. Kəndə bir yol, kənarında su arxı, yanında da bizim evimiz var idi. Həmin evlər zamanla sökülüb və artıq su arxı da yoxdur. Ancaq doğulduğum kəndə gedə bilmədim. Ağdaşın Sadavat kəndində anamın yaxınları, doğmaları yaşayırdı. Biz tez-tez həmin kəndə gedirdik, onlar bizə gəlirdi. Yəqin ki, indi də orada qohumlarım yaşayır. İnşallah, səhətim düzəlsin, həmin kənddəki yaxınlarımı da tapacağam. Ən böyük arzum təkrar Azərbaycana getmək və doğma torpaqlara bir daha ayaq basmaqdır. Bu dəfə Allah nəsib etsə, həyat yoldaşımı da aparacağam. Bizim orada tanımadığımız qohumlarımızdan başqa heç kimimiz yoxdur. Ona görə də onlara qovuşmağı o qədər çox istəyirəm ki... Allah cansağlığı versin, mütləq gedəcəyəm, mütləq...

Bu xəbər oxucular tərəfindən 1113 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |