Şrift:
Borçalıoğlu xalqımızın fəxridir
21.04.2012 [16:47] - Borçalı
Ülvi Elşən oğlu Qurbanov 11 sentyabr 1997-ci ildə Bakı şəhərində anadan olub. Onun həm atası, həm anası Borçalı əsillidir.Atası Elşən Qurbanov Kirəc Muğanlıda Qoca Qurbanlılar nəslindəndir.Anası Vüsalə Faxralı kəndindəndir. Ülvi 7 yaşından karate do idman növü ilə məşğul olur. O eyni zamanda Bakı şəhərindəki 292 saylı orta məktəbin 8-ci dinif şagirdidir. Lap uşaq vaxtlarından idmana böyük həvəsi, marağı olan bu yeniyetmə oğlan artıq son bir neçə il ərzində inadlı idman məşqlərindən sonra formalaşaraq əsil idmançıya çevrilmişdir. Bu gün Ülvi I dan qara kəmər ustasıdır. Azərbaycanın milli yeniyetmələr komandasının üzvüdür. O, hələ lap kiçik yaşlarından istər klublararası keçirilən açıq çempionatlarda, istərsədə liqa turnirlərində həmişə fəxri kürsünün ən yüksək zirvəsində dayanaraq birinci yeri tutmuşdur. Lakin onun ən böyük nailiyyəti 2006-cı ildə karate üzrə klublar arası keçirilən yarışda birinci yerə layiq olması idi. O, Azərbaycan Respublikasının istər daxilində, istərsədə onun hüdudlarından kənarda karate üzrə keçirilən müxtəlif yarışlarda həmişə müvəffəqiyyət qazanmış, ən yüksək idmançı adına layiq görülmüşdür. Yeniyetmə Borçalı balası Ülvi Qurbanov 11 noyabr 2011-ci ildə Azərbaycanın yeniyetmələrdən ibarət şotokan karate üzrə yığmasının tərkibində Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında 52 kq çəki dərəcəsində birinci yeri tutmuşdur. Onun şərəfinə xalqımızın fəxri, qürur hissi olan üçrəngli Azərbaycan bayrağı qaldırımışdır. Həmin yarışda iştirak edən türksoylu xalqlarımızın hamısı onu ürəkdən alqışlamış, onun sevincinə şərik olmuşlar. Geri qayıdarkən o, doğma Azərbaycanımıza qızıl medalla qayıtmışdır.
2010-cu ilin 3 aprelində keçirilən Azərbaycan çempionatında I yeri tutmuşdur. 4 dekabrda keçirilən Azərbaycan çempionatında isə II yeri tutmuşdur.
Ülvinin gözəl idman naliyyətləri, onun həm oxuduğu məktəbin, dostlarının, qonşularının, Bakıdakı qohumlarının fərəh hissinə, sevincinə səbəb olmuşdur. Lakin Borçalıdakı qohumları, Faxralı kəndində nənəsi Şərqiyyə müəllimə, Kirəc Muğanlıda Qoca Qurbanlılar nəslinin ağsaqqalı- babası Eldar müəllim və nənsi Pəri müəllimənin əsil sevincinə, fərəhinə, şənliyinə çevrilmişdir. Onlar martın 23-25-də İstanbulda keçirilən dünya çempionatında iştirak edən nəvələri Ülvini geri qayıdarkən elə Kirəc Muğanlı kəndində qarşılamaq istəyirdilər. Həmin yarışlarda dünya çempionatının ikinci mükafatçısı olan Ülvi Qurbanov dünya çempionatının gümüş medalını qazanmışdır. Bu naliyyətlərdən nənə-bası və digər qohumlar Ülvinin naıiyyətinə görə sevinir, bir-birini təbrik edirdilər. Onlar Ülvinin Bakıdan doğma Borçalıya dönməsi gününü səbirsizliklə gözləyirdilər. Ülvi yeniyetnmə çağlarının gözəl anlarını yaşayır. Onun hələ 14 yaşı var. Gələcəkdə doğma Borçalının, Gürcüstanın və Azərbaycanın adını ucaldacağına böyük ümidlər bəsləyirik.
Keçən ilin 5 fevralında Ülvi Qurbanov doğma Gürcüstanımızn paytaxtı tiflisdə keçirilən Qafqaz birinciliyində, 28 oktyabr 2011-ci ildə isə Tflisdə keçirilən “Open Tiflisi” beynəlxalq turnirdə bütün rəqiblərinə qalib gələrək birinci yerə sahib oldu. Qələbə rəmzi olaraq o, Gürcüstan və Azərbaycan bayraqlarını öz bədəninə bürüyərək şəkil çəkdirdi. Bununla mən hər iki dövlətin oğluyam demək istəmişdir.
Arzuların çin olubdur. Axı sən hər iki dövlətin oğlusan. Ülvi, sənin xoş, ürəkaçan gələcəyin var. Biz buna böyük ümidlər bəsləyirik. Ona görə bir anda olsun məşqlərindən qalma. Sevimli müəllimin IV dan qara kəmər ustası Rənad Əliyevin göstərişləri, qayğıları sahələrində inamla irəlilə. Uğurlar olsun sənə sevimli nəslimizin, Borçalımızın fəxri Ülvi balamız.

Hörmətlə Kamil Kirəcli
Bu xəbər oxucular tərəfindən 4077 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed