Şrift:
İrəvan Dövlət Azərbaycan Dram Teatrı növbəti beynəlxalq teatr festivalına hazırlaşır
08.04.2017 [12:12] - Xəbərlər, Afişa, Qərbi Azərbaycan-İrəvan
Türk xalqlarının dostluq və qardaşlıq ənənələrini yaşatmaq, bu xalqları birləşdirən qeyri-maddi mədəni irs nümunələrini nəsildən-nəslə ötürmək məqsədilə TÜRKSOY və Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin təşkilatçılığı ilə aprelin 18-21-də Türküstan şəhərində türk dünyası teatrlarının iştirak edəcəyi “Teatr Baharı- 2017” teatr festivalı keçirəcək.

Festivalda C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi Xaqani Əliyevin quruluşunda hazırlanan “Molla Nəsrəddin evlənir...” tamaşası ilə çıxış edəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, quruluşçu rəssamı Vahid Mürsəliyev olan səhnə əsərinin xoreoqrafı Ramiq Nəsirov, rejissor assistenti Samirə Hacıyevadır.

Komediya janrında olan tamaşada rolları Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Elçin Hacıyev, Əhliman Ərşadlı, Zülfiyyə Eldarqızı, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev, Rövşən Cəfərov, Tural Tahir və Emin Sevdiməliyev ifa edəcək.

Türk xalqlarının “Dədə Qorqud” eposu və “Koroğlu” dastanı kimi şərikli mədəni irs nümunəsi olan və bu dastanlar qədər əhəmiyyət daşıyan Molla Nəsrəddin irsinin dəyərləri ilə birlikdə qoruyub yaşatmaqla gələcək nəsillərə ötürülməli olduğunun vacibliyini anlayaraq hazırlanmış bu tamaşa, bəşəriyyəti güldürə-güldürə düşünməyə məcbur edən Molla Nəsrəddin lətifələrinin motivləri əsasında səhnələşdirilib.
Bu xəbər oxucular tərəfindən 1321 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed