Şrift:
İsrail ordusunun baş qərargah rəisi Benni Qantz İrana mümkün hərbi müdaxilədən danışıb
23.04.2012 [14:44] - Güney Azərbaycan xəbərləri
İsrail ordusunun baş qərargah rəisi Benni Qantz aprelin 22-də jurnalistlərə açıqlamasında İrana mümkün hərbi müdaxilədən danışıb. Benni Qantz deyib ki, İranın nüvə silahına yiyələnməsi dünya üçün faciə olacaq: “Lazım olsa, İsrail ordusu İranda hərbi əməliyyatlar aparmağa hazırdır. İranın nüvə silahına yiyələnməsi çox pis hadisə olacaq. Dünya və İsrail İranın nüvə silahı istehsalı istiqamətindəki hərəkətini dayandırmalıdır. Bizim bunun üçün hazır planlarımız var”.
Bu xəbər oxucular tərəfindən 1302 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed