Şrift:
Sel fəlakəti zamanı itkilərə səbəb olan başlıca amil Yol və Şəhərsalma Nazirliyidir – Nadir Qazipur
19.04.2017 [11:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyə əhalisinin İran parlamentindəki millət vəkili Nadir Qazipur aprelin 14-də Azərbaycan şəhərlərində baş verən sel fəlakəti və ölkə rəhbərliyinin bu məsələyə münasibətinə yenidən toxunub.

“Yol və Şəhərsalma Nazirliyi yolu bağlayıb, əhali məcburən “Qələzar” körpüsü altından keçməli olub. Nazlirlik bile –bile ki, təbii fəlakət zamanı yolu açmalıdır, bunu etməyib. Ona görə də daşqınlar zamanı itkilərə səbəb olan əsas amil Yol və Şəhərsalma Nazirliyidir”- azərbaycanlı millət vəkili bildirib.

O vurğulayıb ki, əhali məcburən faciənin yarandığı istiqamətdə hərəkət edib və ailələri ilə birlikdə həlak olublar.

Nadir Qazipur sel bölgəsi əhalisinə yardımlarla bağlı da öz narazılığını bildirib. “3 gündür ki, məsullar 70 ton müxtəlif qida məhsullarının sel bölgəsinə gətiriləcəyini deyir, lakin bu baş vermir. Görəsən bu məhsullar nə zaman gəlib çatacaq, əhali aclıqdan öləndən sonra?! Bu günədək Qərbi Azərbaycanın heç bir yerində qida məhsulu paylanılmayıb”- deyə o vurğulayıb.

Urmiyənin millət vəkili bundan öncə 43 nəfər azərbaycanlının ölümü ilə nəticələnən təbii fəlakətlə bağlı ölkədə matəm elan olunmadığına etiraz etmişdir.
Bu xəbər oxucular tərəfindən 489 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed