Şrift:
Musiqili Teatrında həftəsonu 6 tamaşa nümayiş etdiriləcək
21.04.2017 [10:24] - Afişa
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 6 tamaşa nümayiş etdiriləcək.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnə əsərləri aprelin 21, 22 və 23-də oynalınacaq.
Bunlar “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Meşə çaqqalsız olmaz” (Ə. Səmədli), “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev) tamaşalarıdır.
Səhnə əsərlərində rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Ələkbər Əliyev, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Məhərrəm Qurbanov, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Gültac Əlili, Səməd Xasıyev, Elnarə Nağdəliyeva, Hüseyn Əlili, Mehriban Zalıyeva, Nicat Əli, Ruslan Mürsəlov, Eleanora Mehdiyeva, Şaban Cəfərov, Gülnarə Əzizova, Elməddin Dadaşov, Zarina Qurbanova, Fərid Rzayev, Güldanə Əzimova, Əmrah Dadaşov, Nigar Qarayeva, Fəridə Məlikova, Cəlalə Novruzlu və başqaları ifa edəcəklər.
Azyaşlı tamaşaçılar üçün isə aprelin 21 və 22-də saat 12.00-da Ə.Səmədlinin “Meşə çaqqalsız olmaz”, aprelin 23-də saat 12.00-da isə O. Zülfüqarov, R. Heydərin “Dəcəl çəpişlər” nağıl-tamaşası nümayiş olunacaq.
Tamaşalar saat 12.00 və 19.00-da başlayacaq.
Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 17 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed