Şrift:
“İrəvanda xal qalmadı” tamaşası yeni quruluşda
26.04.2017 [16:24] - Gündəm, Afişa, Qərbi Azərbaycan-İrəvan
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı şair-dramaturq Hidayətin İrəvan həqiqətlərini əks etdirən “İrəvanda xal qalmadı” tarixi dramını yeni quruluşda və redaktədə təqdim edəcək.

Teatrdan bildirilib ki, tamaşanın premyerası mayın 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutacaq.

Tamaşa ötən əsrin 80-ci illərində Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edir.

Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadədir. Rolları Əməkdar Mədəniyyət İşçisi İftixar Piriyev, Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalov, Əhliman Ərşadlı, Niyaməddin Səfərəliyev, Emin Sevdiməliyev, Əmrulla Nurullayev, Rövşən Cəfərov, Ceyhun Əliyev, Şəbnəm Cəbrayılova, Elçin Hacıyev, Tural Xəlilzadə, Məryəm Qələndərova, Sevinc Hüseynova, Zülfiyyə İsmayılova, Ayşən Mirzəyeva və Ruhiyyə Eyvazova ifa edəcəklər.
Bu xəbər oxucular tərəfindən 143 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed