Şrift:
Ukraynada 10 yerdə partlayış baş verdi: 27 yaralı
28.04.2012 [13:13] - Gündəm
Bu gün (27.04.2012) Ukraynanın Dnepropetrovsk şəhərində baş verən partlayışların və yaralıların sayı dəqiqləşib.

Məlumatlara görə, Dnepropetrovsk şəhərində 20-30 dəqiqə intervalla 10 partlayış baş verib, 27 nəfər yaralanıb.Ukrayna Daxili İşlər Nazirliyi Dnepropetrovskda operativ qərargah yaradıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərdə əhalinin sıx olduğu yerlərdə şübhəli predmetləri yoxlayırlar. Hüquq-mühafizə orqanları əsasən zibil qutularını yoxlayır. Çünki baş verən partlayışlar zamanı partlayıcı qurğuların zibil qabına yerləşdirildiyi məlum olub.

Hüquq-mühafizə orqanları əhalini diqqətli olmağa, şübhəli predmetlər görərkən operativ qərargaha müraciət etməyə çağırıb. Şəhərin küçələrində “Berkut” xüsusi təyinatlıları zirehli maşınlarda növbə çəkirlər.
Bu xəbər oxucular tərəfindən 1062 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed