Şrift:
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev təbrik edir
30.04.2012 [13:12] - Özəl xəbər, Fərəc Quliyev
"Beynəlxalq Güney Azərbaycan Türkləri 1-nci formu"nun keçirilməsi münasibəti ilə Camal Məmmədxanoğluna təbrik məktubu.

Hörmətli Camal Məmmədxanoğlu!


“Beynəlxalq Güney Azərbaycan Türkləri 1-nci formu”nun keçirilməsi münasibəti ilə Sizi və bütün təşkilatçıları təbrik edirəm. Azərbaycanın güneyinin müstəqilliyi, vətənimizin bütövlüyü kimi müqəddəs ideyalar uğrunda fəaliyyət göstərən təşkilat olaraq verəcəyiniz mücadilədə yüksək başarılar diləyirəm. Unutmamalıyıq ki, Bütöv Azərbaycan uzaq gələcəyin qeyri-müəyyən parıltısı deyil, müasir siyasi yeni şəkilləndirmədə real faktordur. Bölgədə baş verəcək hər hansı bir fars-major vəziyyət üçün bazamızı indidən hazır etməliyik. Bu istiqamətdə atmış olduğunuz addımı alqışlayıram və inanıram ki, Milli Azadlıq Hərəkatımızın güney hissəsində də istədiyimiz nəticəyə nail olacayıq. Necə ki, quzey hissədə iyirmi il öncə bu istəyimiz reallaşdı. Güneydəki hərəkatımıza indiyə qədər şübhə ilə yanaşanlar da artıq etiraf etməyə məcbur olublar ki, bütün imperiyalar kimi İran imperiyası da çökməyə məhkumdur. Həmişə demişəm ki, İran daha bitibdir və mən artıq İrana keçmiş kimi baxıram.

Fərəc Quliyev

MDHP sədri, Millət Vəkili
Bu xəbər oxucular tərəfindən 1371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed