Şrift:
Fərəc Quliyevin təşəbbüsü ilə seçicilərin müraciətləri əsasında məhəlli görüş keçirilib
23.05.2017 [10:37] - Xəbərlər, Siyasi partiyalar
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanı rayonunda seçicilərlə növbəti məhəlli görüş Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində keçirilib. Seçicilərin müraciətləri əsasında təşkil edilən görüşdə məqsəd qaldırılan problemlərlə bağlı ərazidə yerli baxış keçirmək olub.
Görüş zamanı sakinlərin müraciətləri dinlənilib, ərazidə onları narahat edən məslələrlə tanışlıq aparılıb. Edilmiş müraciətlərin bir çoxunun naratçılığa əsas olmadığı sakinlərin diqqətinə çatdırılıb. Lakin, müşahidə olunan nöqsanlar isə, aradan qaldırılması üçün, deputatın köməkçisi Həbib Ələkbərov tərəfindən qeydə alınıb.
Görüşün sonunda sakinlərlə milli və dövlətçilik maraqlarının qorunmasının və hər hansı separatçılığa qarşı mübarizədə dövlətin yanında olmanın vacibliyi ilə bağlı səmimi söhbətlər aparılıb, bu istiqamətdə çağırışlar edilib.
Bu çağırışları rəğbətlə qarşılayan sakinlər göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.
Həbib Ələkbərovdan aldığımız məlumata görə görüşün nəticəsi olaraq qeydə alınmış nöqsanlarla bağlı millət vəkili Fərəc Quliyev tərəfindən dərhal aidiyyatı üzrə sorğular göndərilmişdir.
Bu xəbər oxucular tərəfindən 1080 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed