Şrift:
"Forbes" dünyanın ən bahalı şirkətlərinin yeni reytinqini açıqlayıb
30.05.2017 [10:11] - Xəbərlər, İqtisadiyyat
ABŞ-ın "Forbes" məşhur maliyyə-iqtisadi jurnalı "Dünyanın ən bahalı 100 şirkəti" araşdırmasının 2017-ci il nəticələrini açıqlayıb. Bu il ən qiymətli 100 şirkətin məcmu dəyəri 1,95 trln. dollar təşkil edib.
Jurnalın araşdırmasına görə, bu il qiymətini nisbi olaraq ən çox artıran markalar "Amazon", "Facebook" və "Starbucks", ən çox itirən isə "IBM", "HSBC" və "Caterpillar" olub.
Reytinqdəki ilk sırada yer alan şirkətin adı isə dəyişməyib. Bu, 170 mlrd. dollar dəyərində olan ABŞ-ın "Apple" şirkətidir. İkinci sırada "Google" (101,8 mlrd. dollar), üçüncü sırada isə "Microsoft" (87 mlrd. dollar) yer alıb. Dördüncü sıraya yüksələn "Facebook"un qiyməti 73,5 mlrd. dollar, 5-ci sırada isə "Coca-Cola" (56,4 mlrd. dollar) qərarlaşıb.
ABŞ-dan olmayan ən qiymətli şirkət isə 8-ci sırada yer alan Yaponiyanın "Toyota" şirkəti (41,1 mlrd. dollar) olub. Cənubi Koreyanın "Samsung" şirkəti (38,2 mlrd. dollar) isə 10-cu sırada yer alıb.
Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed