Şrift:
Iran polisi sosial şəbəkələrdə rejimə müxalif fəaları həbs edəcəyini bildirib
03.05.2012 [12:12] - Güney Azərbaycan xəbərləri
Jurnalistlərə açıqlama verən İran polisinin virtual aləm üzrə rəsmisi Sirus Dalvənd sosial şəbəkələrdə ölkə rəsmilərini təhqir edənlərə qarşı ciddi tədbir görəcəklərini bildirib.

Məlumata görə, Sirus Dalvənd deyib ki, polis əməkdaşları geniş axtarışdan sonra “Facebook”da İran prezidenti Mahmud Əhmədinejadı və digər rəsmiləri təhqir edən bir nəfəri tutublar: “Tutulan şəxs Tehranın məşhur dövlət universitetlərindən birinin tələbəsidir. Bizim mütəxəssislər virtual aləmdə, eləcə də sosial şəbəkələrdə gedən bütün fəaliyyətləri nəzarətdə saxlayır və bundan sonra “Facebook”da, digər sosial şəbəkələrdə ölkə rəsmilərini təhqir edənlərlə daha qətiyyətli davranacaq, onlara qarşı ciddi tədbir görəcəyik”.
Bu xəbər oxucular tərəfindən 1369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed