Şrift:
Səudiyyə Ərəbistanının daxili işlər naziri və vəliəhdi İrana kəskin xəbərdarlıq edib
03.05.2012 [13:50] - Güney Azərbaycan xəbərləri
Mayın 2-də Ər-Riyadda keçirilən Körfəz Əməkdaşlıq Şurası ölkələri daxili işlər nazirlərinin iclasında çıxış edən Nayef Bin Əbdüləziz deyib ki, Səudiyyə Ərəbistanı bölgənin ərəb ölkələrinə qarşı hər hansı təhdidə dözməyəcək: “Bölgənin hər hansı ərəb ölkəsinə vurulan ziyan bizim hamımıza qarşı yönələn ziyandır. Təkidlə bildirirəm ki, Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurasına üzv digər ərəb ölkələri Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin sabitliyini və milli hakimiyyətini qorumaq üçün vahid şəkildə çıxış edərək həmişə onların yanında olacaqlar.

Hesab edirik ki, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizliyinin qorunması məsələsi şuraya üzv digər ölkələrin milli təhlükəsizliyinin qorunması məsələsindən ayrı deyil. Biz həmçinin İranın üç ada, o sıradan da Əbu Musa adasını işğal etməsini, Bəhreynin daxili işlərinə qarışmasını pisləyir, bu hərəkətə son qoyulmasını tələb edirik”.
Bu xəbər oxucular tərəfindən 1566 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed